Accessibility links

ABŞ-ın hərbi liderləri Trampı Səudiyyənin neft obyektlərinə hücumla bağlı məlumatlandırıb


ABŞ-ın hərbi liderləri prezident Donald Trampı keçən şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumla bağlı məlumatlandırıblar.

Müdafiə Naziri Mark Esper görüşdən sonra Twitter səhifəsində açıqlama verib. “Birləşmiş Ştatların hərbçiləri agentliklərarası komandamızla birlikdə tərəfdaşlarımızla presedenti olmayan bu hücuma cavab və İran tərəfindən pozulan qaydalara əsaslanan beynəlxalq qanunun müdafiə üzərində işləyir.”

Tramp bazar ertəsi İranın Səudiyyə Ərəbistanının neft emalı obyektlərinin yarısını sıradan çıxaran dron hücumunda əli olmadığında dair ittihamlarını sual altına alıb.

Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin sözçüsü bildirib ki, ilkin təhqiqat hücum zamanı “İran silahlarından” istifadə edildiyini göstərir.

Səudiyyə Ərəbistanı rəsmiləri əməliyyatların bərpa edilməsinə çalışır. Onlar neft tədarükünün davam etdirilməsi üçün ölkənin neft ehtiyatlarından istifadə edilə biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG