Accessibility links

Tramp İranın hücumda əli olmadığına skeptik yanaşır


ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanının neft emalı obyektlərinin yarısını sıradan çıxaran dron hücumlarında əli olmadığını deməsini sual altına alıb. İran isə hücum ittihamlarının "maksimum yalan" olduğunu deyir.

“Xatırlayın ki, İran ABŞ dronunu vuranda, onun öz hava hüdudlarında vurulduğunu deyirdi, halbuki dron qətiyyən orada deyildi. Onlar bu hekayəni böyük yalan olduğunu bilə-bilə möhkəm müdafiə etdilər. İndi deyirlər ki, onların Səudiyyə Ərəbistanına hücumda əli olmayıb. Görərik?” Tramp Twitterdə yazıb.

Səudiyyə hərbi sözçüsü ilkin təhqiqatların hücumda "İran silahlarından" istifadə olunduğunu göstərdiyini deyib.

Günahkarı tanıdığımıza inanmaq üçün əsas var.
Donald Tramp

Yəməndə qərargahlanan İranının himayə etdiyi Husi üsyançıları Səudiyyə Ərəbistanının neft hasilatını 5.7 milyon barel azaltmış hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

İran iyun ayında ABŞ-a məxsus dronu körfəz səmasında vuranda, RQ04 Global Hawk-un öz hava hüdudlarında olduğunu iddia etmişdi.
İran iyun ayında ABŞ-a məxsus dronu körfəz səmasında vuranda, RQ04 Global Hawk-un öz hava hüdudlarında olduğunu iddia etmişdi.

ABŞ Dövlət Katibi Mayk Pompeo isə hücuma görə birbaşa İranı günahlandırıb. Pompeo Husilərin iddiasına məhəl qoymadan, Twitter səhifəsində yazıb ki, “İran dünyanın enerji ehtiyatlarına presedenti olmayan hücum keçirib”.

İran dövlət mediası hücumun İraqı cənubundan qaynaqlandığını yazır. Bu ərazidə İranın dəstklədiyi şiə militant qrupları fəaliyyət göstərir. Lakin rəsmi Bağdad bu versiyanı rədd edib.

Neft obyektlərinə hücumun ardınca neft qiymətləri kəskin artıb. Lakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar dünya üzrə enerjiyə tələbatın qarşılanması və xam neftin qiymətlərinin sabitləşdirilməsi üçün geniş enerji ehtiyatlarından istifadə edə biləcəklərini bildirib.

Tramp şənbə günü gecə hücumun kim tərəfindən keçirildiyinə dair daha çox dəlil gözləyərək, ABŞ-ın cavab hücumu verməyə hazır olduğuna işarə edib.

“Günahkarı tanıdığımıza inanmaq üçün əsas var”, Tramp bazar günü Twitter-də yazıb. O əlavə edib ki, səudiyyəlilərdən onların hücumun arxasında kimin durduğuna inandıqlarına dair və “bizim birgə fəaliyyətimizin şərtləri” ilə bağlı cavab gözləyir.

XS
SM
MD
LG