Accessibility links

ABŞ-ın hava hücumu nəticəsində hava limanını hədəf alan hücumçu zərərsizləşdirilib


Birləşmiş Ştatlar bazar günü Kabil hava limanına təhlükə yaradan maşına havadan hücum edib. Bu, ABŞ-ın ərazidə hücum olacağına dair xəbərdarlıqlarından sonra baş verib.

“ABŞ-ın hərbi qüvvələri bu gün Kabildə bir maşın üzərində pilotsuz hücum həyata keçirib və beləcə İŞİD-K-nın Həmid Karzai Beynəlxalq Hava Limanına törətdiyi təhlükəni aradan qaldırıb,” ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü kapital Bill Urban bildirib. “Biz hədəfi uğurla zərərsizləşdirdiyimizdən əminik. Hücumdan sonra maşında baş verən partlayışlar orada çox sayda partlayıcı maddələrin olduğuna işarə edir,” o deyib.

İslam Dövləti Xorasan qrupu ötən cümə axşamı azı 170 əfqanın və 13 ABŞ hərbçisinin ölümü ilə nəticələnən hava limanına hücumun məsuliyyətini üzərində götürüb. ABŞ isə ötən cümə günü hava hücumu həyata keçirərək terror qrupunun iki üzvünü öldürüb.

ABŞ-ın Kabildəki səfirliyi təhlükə olduğunu bildirərək, ABŞ vətəndaşlarını hava limanı yaxınlığındakı ərazini tərk etməyə çağırıb. ABŞ Prezidenti Co Bayden şənbə günü növbəti 24-36 saatda bir başqa hücum ehtimalının yüksək olduğunu bildirmişdi. Əlavə hücumlarla bağlı xəbərdarlıqlar ABŞ və müttəfiqləri vətəndaşları və Talibandan qaçan əfqanların evakusiyasını yekunlaşdırmağa yaxınlaşdığı bir vaxta təsadüf edib.

“Bu son günlər onsuz da qeyri-adi dərəcədərə təhlükəli bir missiyanın ən təhlükəli zamanıdır,” dövlət katibi Atoni Blinken bazar günü ABC kanalının “This Week” verilişində bildirib.

Respublikaçı senator Ben Sasse isə ABC kanalında Bayden administrasiyasının evakuasiya planını tənqid edib.

“Aydın bir plan yoxdur. Heç bir plan olmayıb,” o deyib. Sasse həmçinin bildirib ki, “Prezident Bayden reallıq əvəzinə şən danışmağa üstünlük verdiyi üçün” insanlar öldü və öləcək.

Ağ Ev bildirib ki, bazar günü Vaşinqton vaxtı ilə gecə saat 3-ə qədərki son 12 saat ərazində Kabildən 2900-ə yaxın insan təxliyə edilib. Ağ Ev həmçinin ABŞ-ın avqustun 14-dən bəri 114 000 insanı evakuasiya edib ya da evakuasiyasına yardım edib.

ABŞ-ın cümə axşamı baş verən hücuma cavab olaraq cümə günü İslam Dövləti qrupunun Əfqanıstandakı qoluna etdiyi hava hücumu qrupun iki mühüm üzvünün ölümü ilə nəticələnib. Bu barədə şənbə günü ABŞ-ın Müdafiə Nazirliyi məlumat verib. Cümə axşamı hava limanına edilən hücumun məsuliyyətini İŞİD-K üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG