Accessibility links

ABŞ-ın İran üzrə nümayəndəsi: daha çox sanksiyalar olacaq, istisnalar olmayacaq


Brayan Huk

Birləşmiş Ştatlar dövlət xəritələrini Vaşinqtonun İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaq qərarına müvafiq olaraq dəyişəcək. Bu addım ABŞ prezidenti Donald Tramp bazar ertəsi ABŞ-ın Qolan təpələrini rəsmi İsrail ərazisi olaraq tanımasından sonraya təsadüf edib.

Amerikanın Səsinin Dövlət Departamentinin müxbiri Mayk Çinq çərşənbə axşamı Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukla ABŞ-ın İsrail və İrana təsir göstərən addımlarını müzakirə edib. Müsahibənin qısa xülasəsini təqdim edirik.

Dövlət Departamentinin İsrail xəritəsində Qüds ölkənin paytaxtı, Qolan təpələri isə İsrailin işğal etdiyi ərazi olaraq təsvir olunub.
Dövlət Departamentinin İsrail xəritəsində Qüds ölkənin paytaxtı, Qolan təpələri isə İsrailin işğal etdiyi ərazi olaraq təsvir olunub.

Çinq: Prezident Trampın sərəncamı ABŞ-ın dövlət xəritələrində Qolan təpələrini necə əks etdirəcəyinə təsir göstərəcəkmi? Xəritələrin yenilənməsi nə qədər vaxt alacaq?

Huk: Prezident İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyan sərəncam imzalayıb. Biz düşünürük ki, bu reallığı və mövcud faktları, eləcə də İsrailin təhlükəsiz və müdafiə edilə bilən sərhədlərə ehtiyacını əks etdirir. Sərəncamın nəticəsində Dövlət Departamenti ABŞ-ın dövlət xəritələrini dəyişəcək və bu xəritələr mümkün qədər tez zamanda dərc olunacaq.

Çinq: ABŞ ötən noyabr İranın Asiyadakı ən böyük neft alıcıları Çin, Koreya, Hindistan, Yaponiya və Tayvan daxil olmaqla səkkiz iqtisadiyyatı sanksiyalardan istisna edib. Bu istisnaların müddəti may ayında bitir. ABŞ onların müddətini uzatmağı düşünürmü?

Huk: Birləşmiş Ştatların siyasəti odur ki, biz hər hansı yeni istisnalar etməyi düşünmürük. Biz qlobal neft bazarlarında şok təsiri yaratmağın və neft qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün səkkiz ölkəyə neft istisnaları verdik. Biz İranın xam neftinin ixracını 1.2 milyon barel azaltmışıq və eyni zamanda neftin qiymətinin artmasının qarşısını almışıq. Biz bunu çox diqqətli şəkildə etmişik. 2019-cu il qlobal neft təchizatı baxımından daha yaxşı bazar olacaq və təhlilçilər tələbdən çox təklifin olacağını deyir. Əvvəlki administrasiya üç il ərzində 20 ölkəni istisna edib. Bizim qarşımızda isə çox az sayda ölkə var. Əvvəllər İranın xam neftini idxal edən 23 ölkə artıq oradan heç neft idxal etmir. Dövlət katibi Mayk Pompeo bu məsələyə çox ciddi yanaşıb. Biz qərarlarımızı öncədən elan etmirik. Hazırkı istisnaların müddəti mayın 2-də başa çatır. Dğvlət katibi prezidentlə koordinasiya edib qərar verəcək.

Çinq: Cümə günü ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu dəstəkləyən şəbəkələər qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar nədir və əvvəlkilərdən nə ilə fərqlənir?

Huk: İranda üç təşkilatın pul almaq üçün ABŞ-ın maliyyə sistemindən istifadə etməsi qadağandır, çünki bu üç təşkilat küləvi qırğın silahlarının yayılması və terrorizmlə məşğuldur. Bu səbədən də İranın İnqilab Keşikçiləri Korpusu, ANSAR bank və İranın Müdafiə Nazirliyinə sanksiya tətbiq olunub.

Çinq: ABŞ-ın Amerika universitetlərində oxuyan İran rəsmilərinin uşaqlarının və ya burada yaşayan qohumlarının vizalarını nə üçün ləğv etmədiyinə dair bir çox sual mövcuddur. ABŞ İranın ikili vətəndaşları əsir götürməsinə cəza olacaq bu cür vizaları ləğv etməyə hazırdımı?

Tehran
Tehran

Huk: Biz tələb vizaları və mübadilə vizaları üçün istisnalar edirik. Biz sizin bəhs etdiyiniz narahatlıqlardan xəbərdarıq və viza siyasətimizi nəzərdən keçiririk.

Çinq: ABŞ sanksiyalarının İran iqtisadiyyatına mənfi təsir göstərməsi İran xalqı arasında ABŞ-a qarşı daha çox qəzəbə səbəb olmurmu?

Huk: Mənə mətbuat oqranları bu sualı çox verir. Amma iranlılar tərəfindən bu sualla heç qarşılaşmamışam. İran xalqı iqtisadi problemlərə görə kimi günahlandırmalı olduqlarını bilir ki, bu da, prezident Həsən Ruhanidir. Onlar prezident Ruhaninin iqtisadiyyatla bağlı vədlərini yerinə yetirmədiyini bilir. Bundan əlavə rejim 40 illik tarixi boyu xarici siyasəti daxili siyasətdən üstün tutub və onlar iqtisadiyyatı çox pis idarə edib. İndiki yaşayış standartı bir çox baxımdan inqilabdan öncəki dövrlə müqayisədə daha aşağı səviyyədədir.

XS
SM
MD
LG