Accessibility links

ABŞ-ın iki hərbi təyyarəsi toqquşub


Cümə axşamı Sakit Okeanın Yaponiya sahillərində ABŞ-ın döyüş təyyarəsi ilə yanacaq dolduran təyyarəsinin toqquşması nəticəsində ABŞ dəniz piyadaları korpusunun beş üzvü itkin düşüb.

ABŞ dənizçiləri iki pilot daşıyan F/A-18 qırıcı təyyarəsi və beş heyət üzvü olan KC-130 yanacaq dolduran təyyarəsinin Ivakunidəki bazadan müntəzəm yanacaq doldurma missiyasına çıxdığını bildirib.

Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, toqquşma Şikoku adasında Muroto Keyp yaxınlığında dənizdən təxminən 100 kilometr məsafədə baş verib.

Cümə axşamı Tokioda çıxış edən ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Haqerti Yaponiyaya axtarış-xilasetmə əməliyyatlarına görə minnətdarlığını bildirib.

“ABŞ və Yaponiyanın birgə əməliyyatı məni ruhlandırır, Yaponiyanın Özünü Müdafiə Qüvvələrinə dərhal inteqrasiya olunmuş təlimdə iştirak etmək üçün minnətdarlığımı bildirirəm", ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Haqerti deyib.

İvakuni hərbi hava bazası, Yaponiya.
İvakuni hərbi hava bazası, Yaponiya.

Yaponiyanın Müdafiə Nazirliyi bildirir ki, qəza baş verdikdən az sonra dəniz qüvvələri tərəfindən başlanan axtarış-xilasetmə əməliyyatı nəticəsində bir neçə saatdan sonra F/A-18 qırıcı təyyarəsinin ekipaj üzvlərindən biri aşkar edilib.

Xilas olmuş pilot İvakuni xəstəxanasındadır və vəziyyəti sabitdir. Ikinci hərbçi bir qədər sonra xilas edilib.

İtkin düşən 5 hərbçinin axtarış və xilasetmə işləri davam edir. Toqquşmanın səbəbi araşdırılır.

XS
SM
MD
LG