Accessibility links

ABŞ-ın iki senatoru COVID-19-a görə səhmlərini satıb


ABŞ-ın Corciya ştatından respublikaçı senator Kelli Loefflerin koronavirus barədə həyəcanlı xəbərlər gəldikdən və iqtisadi böhran ehtimalına qarşı səhmlər bazarında qiymətlərin enməsindən əvvəl öz səhmlərini satan ikinci ABŞ senatoru olduğu bildirilir.

ABŞ-da fəaliyyət göstərən xəbərlər və rəylər yayımlayan "The Daily Beast" saytı bildir ki, Senatın Səhiyyə Komitəsində fəaliyyət göstərən Loeffler bütün senatorların toplandığı görüşdən sonra günlər və həftələr ərzində səhmlərini satıb. Satılan səhmlərin ümumi dəyərinin yeddi rəqəmli olduğu bildirilir.

Senator məsələ ilə əlaqədar cümə axşamı gecə Twitter-də yazaraq bildirib ki, "Portfelim üçün investisiya qərarlarını mən vermirəm. İnvestisiya qərarları mənim və ya həyat yoldaşımın xəbəri və ya iştirakı olmadan bir neçə üçüncü tərəf məsləhətçilər tərəfindən qəbul edilir".

Qeyd edək ki, Loefflerin həyat yoldaşı -Ceffri Kreyq Spreçer Nyu-York Səhmlər Birjasının sədridir.

Konqres üzvlərinin, konqres heyətinin və federal rəsmilərin daxili məlumatların maliyyə əməliyyatları məqsədi ilə istifadə etmələri qanunsuzdur.

Daily Beast xəbər verir ki, 24 yanvar tarixindəki görüşdən sonra Loeffler və həyat yoldaşı 29 səhm əməliyyatı həyata keçirib. Əməliyyatların yalnız ikisi satış məqsədli olub. Yatırımlardan biri məsafədən işləmək üçün proqramlar satan texnalogiya şirkətinin səhmləri olub.

Loefflerin investisiya ilə bağlı xəbərləri Şimali Karolina ştatından respublikaçı senator Riçard Burrun oxşar maliyyə addımları barədə xəbərlərindən bir neçə saat sonra gəlib.

XS
SM
MD
LG