Accessibility links

ABŞ-ın iki yüksək səviyyəli rəsmisi koronavirusa yoluxma ehtimalları olduğu üçün özlərini təcrid edirlər


Robert Redfild
Robert Redfild

ABŞ-ın iki kabinet rəsmisi koronavirus testi müsbət çıxan bir insanla əlaqədə olduqlarına görə şənbə günü özlərini təcrid ediblər.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild çərşənbə günü Ağ Evdə COVID-a yoluxmuş insanla “aşağı riskli əlaqədə” olduğu üçün “növbəti iki həftə ərzində evdən işləyəcək”. Bu barədə şənbə günü The Washington Post qəzeti sözçüyə istinadən bildirib.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının komissarı Stefen Hahn da COVID-19 testi müsabət çıxan bir insanla əlaqədə olduğu üçün özünü təcrd edəcək, deyə idarənin sözçüsü cümə günü Reuters xəbər agentliyinə bildirib.

Sözçü Maykl Felberbaum email-lə göndərdiyi açıqlamada Hahnın dərhal diaqnostika testindən keçdiyini, testin nəticələrinin isə mənfi çıxdığını deyib.

Politico Hahnın ABŞ ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Keyti Millerlə yaxın məsafəqə əlaqədə olduğu barədə məlumat yayıb.

Prezident Donald Trampın baş müşavirlərindən birinin həyat yoldaşı olan Millerin testi cümə günü müsbət çıxıb və bu, virusun Ağ Evdə yayıla biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Ağ Evin immiqrasiya məsələləri üzrə müşaviri və nitq yazarı Stefen Millerin həyat yoldaşının testi ilə bağlı xəbəri cümə günü Respublikaçı qanunvericilərlə görüş keçirən Tramp açıqlayıb.

XS
SM
MD
LG