Accessibility links

ABŞ-ın ilk qaradərili dövlət katibi Kolin Pauell irsi


ABŞ-ın ilk qaradərili dövlət katibi Kolin Pauell irsi
please wait

No media source currently available

0:00 0:03:39 0:00

ABŞ-ın ilk qaradərili dövlət katibi Kolin Pauell irsi

ABŞ-ın ilk qaradərili dövlət katibi və yüksək rütbəli zabiti Kolin Pauell bazar ertəsi 84 yaşında COVID-19 səbəbiylə ağırlaşmalardan dünyasını dəyişib. Ailəsi Facebook-da verdiyi şərhdə onun tam peyvəndləndiyini və "dəyərli və sevən ər, ata, baba və böyük bir amerikalını itirdiklərini" yazıb.

Kolin Pauell hörmətli hərbi general, dövlət xadimi və Amerikanın ən önəmli qaradərili fiqurlarından biri idi.

O, Prezident Ronald Riqan dövründə milli təhlükəsizlik müşaviri, Prezident Corc H.V.Buş və Prezident Corc Buşun yanında Dövlət katibi kimi çalışmaqla son iki ən yüksək vəzifədə işləmiş ilk afro-amerikalı idi.

"Ofisimdə oturmuşdum və üzvlərdən biri içəri girdi, qapını bağladı və dedi:
"Cənab, bir şey soruşmalıyam, binada çaşqınlıq var". Dedim, "nə olub?", dedi, "Yaxşı, sənə necə müraciət etməliyik - general, yoxsa cənab katib?" Dedim, "Əslində bu, cənab katibdir. İndi əlinizdəki işi buraxıb, məşqə başlayın” - deyə, Kolin bildirib.

"Kolin Pauellin ölümü bir dövrün sonudur. O, afrikalı amerikalıların ölkəmizin ordusundakı üstün məharətini və uğurlarını təcəssüm etdirirdi və bəlkə də bununla Obamanın prezidentliyinə yol açmış oldu" – deyə, Brukinqs İnstitutundan Maykl O'Hanlon bildirib.

1996-cı ildə Pauell ilk qaradərili prezident olmaq fikrini nəzərdən keçirirdi, ancaq həyat yoldaşı ekstremistlərin potensial sui-qəsd cəhdlərindən qorxaraq onu fikrindən daşındırdı.

İllər sonra Demokrat Barak Obama bu təklifi verəndə, mötədil Respublikaçı Obamanı dəstəkləmək üçün partiyasından ayrıldı.

ABŞ-ın ilk qaradərili müdafiə naziri Lloyd Ostin Pauelli böyük müəllim və dost adlandırıb.

"Həmişə mənə vaxt ayırırdı. Həmişə çətin məsələlərlə bağlı onun yanına gedə bilərdim, həmişə əla məsləhətləri vardı. Biz əlbəttə ki, onun üçün darıxacağıq. Elə bir hiss var k, sanki ürəyimdə bir boşluq var” - deyə, ABŞ-ın Müdafiə naziri Lloyd Ostin bildirib.

Vyetnamda gənc bir əsgər olaraq iki dəfə yaralandığı müharibə onun prezidentlərin silahlı qüvvələrdən nə vaxt və necə istifadə etməli olduğu mövzusunda fikirlərini formalaşdırdı.

"İnanıram ki, dövlət katibi Pauellin əsgərlik illəri onu müstəsna bir diplomat etdi. O bilirdi ki, müharibə və hərbi əməliyyat həmişə son seçim olmalıdır” - deyə, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Pauell 1991-ci ildə İraq qüvvələrini Küveytdən tez bir zamanda çıxardı.

Lakin tənqidçilər onun 2003-cü ilin fevral ayında BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi mübahisəli təqdimatını qınadılar. Pauell Corc V. Buş dövründə İraqın işğalına dair iddianı irəli sürdü və İraqın heç vaxt aşkarlanmayan kütləvi qırğın silahlarına istinad etdi.

"İraqın davranışına dair faktlar göstərir ki, Səddam Hüseyn və onun rejimi beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi tərkisilah üçün heç bir səy göstərməyib” - deyə, keçmiş Dövlət Katibi Kolin Pauell qeyd edib.

"Bu, çox ehtimal ki, tərcümeyi-halındakı ən böyük ləkədir, amma əslində bu yalnız onun ləkəsi deyildi. Bütün kəşfiyyatın idi. Düşünürəm ki, bu, 13 fərqli kəşfiyyat orqanından 12-si "İraq kütləvi qırğın silahlarına malikdir" demişdi və o, vəziyyəti incələdi və razılaşdı. Hamısı yanıldılar" - deyə, Silahlara Nəzarət və Yayılmaması Mərkəzindən Con Isaaks bildirib.

Hətta Pauell daha sonralar həmin təqdimatı karyerasında "ləkə" adlandırmışdı. Bu gün həm Respublikaçılar, həm də Demokratlar onu şərəfli insan və sonuna qədər vətənpərvər bir şəxs hesab edir.

XS
SM
MD
LG