ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri ABŞ-Çin münasibətlərindəki gərginliyə baxmayaraq, tullantıların azaldılması hədəflərinin müəyyən edilməsi məqsədilə həmkarlarına təzyiq göstərməyə çalışaraq, qlobal istiləşmə ilə mübarizəyə dair beynəlxalq səyləri müzakirə etmək üçün bu həftə Çinə səfər edəcək.
ABŞ Dövlət Departamenti Kerrinin gələn həftə prezident Co Baydenin dünya liderləri ilə virtual sammiti ərəfəsində çərşənbə günündən şənbə gününə qədər müddət arasında danışıqlar aparmaq üçün Şanxaya və Cənubi Koreyaya gedəcəyini bildirib.
Dövlət Departamenti Kerrinin səfərlər zamanı "qlobal iqlim ambisiyalarının artırılmasını müzakirə edəcəyini" açıqlayıb.
Planlarla tanış olan bir mənbə Kerrinin çərşənbə günü Şanxaya çatacağını və cümə axşamı və cümə günü görüşlər keçirəcəyini qeyd edib.
Kerrinin səfəri daha əvvə Alyaskada ABŞ və Çin rəsmiləri arasında Bayden administrasiyasının hakimiyyətə gəldiyi dövrdə dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginliyin dərinliyini nümayiş etdirən qızğın mübahisəyə gətirib çıxarmış zirvə görüşündən sonraya təsadüf edir.
"O, diqqəti iqlim dəyişikliyi və iqlim böhranını nəzarətdə saxlamaq üçün regiondakı liderlərlə necə işləyə biləyəcəyimizə yönəldəcək" - deyə, bazar ertəsi Ağ Evin sözçüsü Cen Psaki Kerrinin səfəri ilə bağlı bildirib.
Keçmiş dövlət katibi, Baydenin ABŞ-ı beynəlxalq iqlim danışıqlarında təmsil etmək üçün seçdiyi Kerri Çinin nümayəndəsi Şe Çenhua ilə iqlim dəyişikliyi mövzusunda ortaq məqamlar tapmağa çalışacaq.
Kerri dünya ölkələrini istixana qazı emissiyalarını azaltmaq üçün iddialı hədəflər qoymağa çağırır. Birləşmiş Ştatlar qarşıdan gələn həftələr 2030-cu ilə qədər tullantıların azaldılması üçün yeni hədəfini elan etməyə hazırlaşır.
Baydenin 22-23 aprel tarixlərində keçirilməsi planlaşdırılan Yer Kürəsi Günü sammiti Ağ Ev üçün iqlim dəyişikliyi mövzusunda ABŞ-ın liderliyini yenidən təsdiqləmək üçün bir imkan olacaq. Demokrat Bayden onun sələfi, Respublikaçı Prezident Donald Trampın 2017-ci ildə geri çəkilməsindən sonra ABŞ-ı yenidən Paris İqlim razılaşmasına qaytarıb.