Accessibility links

ABŞ-ın keçmiş əks-kəşfiyyat zabiti İranın xeyrinə casusluqda ittiham edilib


 representatives of a foreign government.
representatives of a foreign government.

ABŞ hərbi hava qüvvələrinin altı il bundan əvvəl İran tərəfə keçmiş sabiq əks-kəşfiyyat zabitinə qarşı Tehran hökumətinin xeyrinə casusluq etmək və İrana Birləşmiş Ştatların kəşfiyyat agentlərini hədəf almaqda kömək etmək ittihamları irəli sürülüb. 39 yaşlı Monika Elfrida Vitt Vaşinqtonda federal münsiflər məhkəməsi tərəfindən ABŞ hərbi qüvvələrinin xüsusi proqramının kod adı və missiyası haqda məlumatı İran hökumətinə ötürməkdə ittiham edilib. Çərşənbə günü açıqlanan ittihamnamədə onun həmçinin İranın kəşfiyyat xidmətlərinə keçmiş həmkarlarını hədəf almaqda yardım göstərdiyi bildirilir.

İttihamnamədə daha dörd iranlının adı qeyd edilir. Onlar əlbir olmaq, kompyuterlərə müdaxilə və 2014- və 2015-ci illərdə Vittin keçmiş həmkarları haqda məxfi məlumatların oğurlanmasında ittiham edilir. Həmin dörd şəxsin Moctaba Məsumpur, Behzad Mesri, Hüseyn Pərvər və Məhəmməd Paryar olduğu bildirilir.

Prokurorların bildirdiyinə görə, İranın İnqilabi Qvardiya Korpusunun xeyrinə işləyən dörd nəfər saxta sosial media hesablarından istifadə edib və viruslu kompyuter proqramları vasitəsi ilə hədəf aldıqları şəxslərin kompyuterlərinə çıxış imkanı əldə etməyə çalışıblar.

Onun əməlləri bizim milli təhlükəsizliyimiz, bizim hərbi qüvvələrimiz və Amerika xalqına qarşı xəyanətdir.
Xüsusi agent Terri Filips

“Bu iş bizim kəşfiyyat sahəsindəki professionallara qarşı təhlükələri və düşmənlərimizin onları tapmaq, üzə çıxarmaq, hədəf almaq və bəzi hallarda onları müdafiə etməyə and içdikləri ölkəyə qarşı çevirmək üçün hansı işlərə ələ ata bildiyini göstərir. Bizim kəşfiyyat professionalları hədəf alınanda, ya da onlara qarşı xəyanət olanda Milli Təhlükəsizlik bölməsi cinayətkarların ədalət qarşısına çıxarılması üçün durmadan səy göstərəcək” – deyə, milli təhlükəsizlik məsələləri üzrə baş prokurorun müavini Con Demers bildirib.

Texasda anadan olub boya-başa çatan Vitt 1997-ci ildən 2008-ci ilə qədər ABŞ hərbi hava qüvvələrinin əks-kəşfiyyat zabiti olub, 2008-ci ildən 2010-cu ilə qədər isə müqavilə əsasında hərbi qüvvələrdə çalışıb. ABŞ hərbi hava qüvvələrinin xüsusi təhqiqat ofisinin xüsusi agenti Terri Filips deyib ki, Vitt İran hökuməti üçün hərbi qüvvələri tərk etdikdən sonra işləməyə başlayıb.

Onun əməlləri “bizim milli təhlükəsizliyimiz, bizim hərbi qüvvələrimiz və Amerika xalqına qarşı xəyanətdir”, Filips müxbirlərə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG