Accessibility links

ABŞ-ın kosmosda ən uzun missiya həyata keçirən qadın astronavtı Yerə qayıdıb


Amerikalı qadın astronavt Kristina Kok Beynəlxalq Kosmik Stansiyasında təxminən 11 aylıq missiyasını başa vurduqdan sonra cümə axşamı sağ-salamat Yer kürəsinə qayıdıb. O, Beynəlxalq Kosmik Stansiyada ən uzun müddət qalan ilk qadın astronavtdır.

Kok 328 günlük misiyadan sonra Avropanın Fəza Agentliyinin astronavtı Luka Parmitano və Rusiyanın kosmik agentliyinin kosmonavtı Aleksandr Skvortsov ilə birilkdə Qazaxıstanda Yerə enib.

ABŞ prezidenti Donald Tramp Twitter-də Koku təbrik edib.
"Yerə xoş gəldiniz @Astro_Christina. Sizi kosmosda ən uzun müddət qalan qadın rekordunu qırmağınız münasibətilə təbrik edirəm! Siz gənc qadınları ruhlandırırsınız və ABŞ-ı fərəhləndirirsiniz", o yazıb.

Kok bundan əvvəl də həmkarı Cessika Meir ilə birlikdə açıq kosmosa çıxan ilk qadın astronavtlar olaraq tarixə imza atmışdı.

Açıq kosmosa çıxış əvvəl təxirə salınmışdı, çünki Beynəlxalq Kosmik Stansiyanın qadınlar üçün düzgün ölçüdə skafandrlar yox idi. Bu isə agentliklə bağlı cinsi ayrı-seçkilik iddialarına səbəb olmuşdu.

Üç saat yarımlıq uçuşdan sonra Yerə qayıdan Kok çərşənbə axşamı NBC kanalına verdiyi müsahibədə "mikro cazibə qüvvəsi üçün darıxacağını" bildirib.

"İstədiyiniz zaman tavan və döşəmə arasında sıçrayış edə biləcəyiniz bir yerdə olmaq həqiqətən əyləncəlidir" deyə o bildirib.

____

US astronaut returns to Earth after longest mission by woman

XS
SM
MD
LG