ABŞ-ın müdafiə naziri Lloyd Austin cümə günü Pentaqonun siyasəti ilə bağlı ilk mühüm çıxışında deyib ki, Birləşmiş Ştatlar gələcəkdə uzun zamandır Pentaqonu tükəndirən “köhnə müharibələr”ə bənzəməyən potensial müharibələrə hazır olmalıdır.
Austin texnoloji irəliləyişlərdən istifadə etməyə və “daha tez anlayıb, daha tez qərar verib, daha tez hərəkətə keçmək” üçün hərbi əməliyyatları qlobal miqyasda daha yaxşı inteqrasiya etməyə çağırıb.
“Növbəti böyük müharibədə döyüş şəklimiz öncəkilərdən çox fərqli olacaq,” Austin Havayda qərargahlanan ABŞ Sakit Okean Komandanlığına səfəri zamanı bildirib.
Austin açıq şəkildə Çin və Rusiya kimi rəqiblərin adını çəkməyib. Lakin onun bu sözləri Birləşmiş Ştatların Amerikanın ən uzun müharibəsinə son qoymaq və Pentaqonun prioritetlərini dəyişmək məqsədilə Prezident Co Baydenin göstərişi ilə qeydsiz-şərtsiz Əfqanıstandan çəkilməyə başladığı zamana təsadüf edib.
Austin etiraf edib ki, o “son iyirmi ilin böyük hissəsini sonuncu köhnə müharibələri həyata keçirməklə keçirib.”
Tənqidçilər deyir ki, Əfqanıstandan geri çəkilmək nə həmin ölkədəki daxili müqanişələrə son qoyacaq nə də ki terror təhlükəsini aradan qaldıracaq.
Austin çıxışında hər hansı spesifik fəaliyyəti və ya spesifik münaqişədən bəhs etməyib. Bunun əvəzinə o, Bayden administrasiyası altında Penqatonu idarə etmək üçün daha geniş və qeyri-müəyyən məqsədlər irəli sürüb.
“Biz gələcəkdən xəbər verə bilmərik. Ona görə də bizim texnologiya, əməliyyat konseptləri və imkanların birləşməsinə ehtiyacımız var,” Austin deyib.
O deyib ki, münaqişənin qarşısnı almaq “bizim üçün üstünlük, onlar üçün isə dilemma yaratmaq” demək olacaq.
Onun ABŞ-ın cavablarının dolayı olacağını söyləyib və “yüzlərlə kilometr uzaqda dənizdə təhlükəsizlik insidentinə cavab vermək üçün”kiber müharibədən istifadə olunacağı bir ssenarinin irəlü sürüb.