Accessibility links

ABŞ-ın müdafiə naziri Qara Dənizdə sabitliyi müzakirə etmək üçün Avropaya yola düşür


ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstan, Ukrayna və Rumıniya liderləri ilə görüşmək, habelə Belçikada NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün bu həftə sonu Avropaya yola düşür.

“Müdafiə Nazirliyi Ruisyanın kritik Qara Dəniz regionunda sabitliyi pozan fəaliyyətləri fonunda Avropa müttəfiqlərini və tərəfdaşlarını qətiyyətlə dəstəkləyir və nazir Birləşmiş Ştatların təhlükəsiz, sabit və firavan Avropanı qorumaq öhdəliyini yenidən vurğulamaq üçün həmkarları və digər yüksək vəzifəli rəsmilərlə görüşməyi səbirsizliklə gözləyir,” Pentaqon bəyanatında bildirib.

Gürcüstanda Austin Baş nazir İrakli Qaribaşvili və Müdafiə Naziri Cuanşer Burçuladze ilə görüşərək ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə edəcək.

Ukraynada nazir Prezident Volodimir Zelenski və Müdafiə naziri Andrey Taranla “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü,” habelə ölkənin müdafiə sənayesində islahatları müzakirə edəcək.
Rumıniyada Autin Prezident Klaus İohannis və Milli Müdafiə naziri Nikolae-İonel Siuka ilə görüşdə ikitərəfli münasibətləri müzakirə edəcək. O həmçinin Mihail Kogelniçanu Hava Bazasında ABŞ qüvvələrini ziyarət edəck.

Belçikada Austin ittifaqın “gələcəkdəki çətinliklərə hazır olduğundan” əmin olmaq üçün NATO-dakı həmkarlar və Baş katib Yens Stoltenberqlə görüşdə iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG