ABŞ-da yaşayan müsəlmanlar Qurban Bayramının sevincini və xoşbəxtliyini qeyri-müsəlmanlarla birgə bölüşüb. Onlar qurbanı kəsdikdən sonra kasib və ehtiyacı olanlara ət paylayıblar. Son Qurban Bayramında ABŞ-ın Merilend ştatının Silver-Sprinq şəhərində ehtiyacı olanlara 2 min 7 yüz kilo ət paylanıb.
ABŞ-ın Merilend ştatının Silver Sprinq şəhərindəki bu yaşayış kompleksinin qarşısında növbədə dayanmış insanların bir çoxu Latın Amerikası ölkələrindəndir. Onlar müsəlman olmasalar da, bu gün onlar üçün xüsusi gündür. Əvvəlki illərdə olduğu kimi, bu il də Montqomeri dairəsinin müsəlmanlar federasiyası onları Qurban bayramına dəvət edərək, onlara qurban kəsilmiş heyvanların ətini paylayıblar.
Silver Spring şəhərinin sakini Alisiya deyir ki, o federasiyanın işi və təşkilatları ilə tanışdır. Onlar Latın Amerikası icmasına çox kömək edirlər və çox səmimidirlər.
Brayan Çavez bildirib ki, onlar icmanı hər il bura gəldiklərində və təkcə ət deyil, başqa şeylər də gətirdiklərinə görə təşəkkür edirlər.
Növbəti daynacaq, bu ənənənin sevgi ilə qarşılandığı yaşlıların yaşadığı icma olub.
Əbdül Hay Şeyx illərdir burada könüllü olaraq işləyir. Onun sözlərinə görə, müsəlman icmasının ABŞ-da yaşayan müxtəlif dindən olan insanları bir araya gətirmək təşəbbüsü olduqca vacibdir. O deyir ki, cəmiyyətə kömək etmək və kimsəsizlərə nə isə vermək çox gözəldir. Bununla yanaşı, onlar yerli icma ilə müsəlman icması arasında daha yaxşı bir əlaqə yarada bilərlər. Onlar arasında daha yaxşı anlaşma var.
Müsəlman Federasiyası bu il müsəlman icmasından Qurban bayramında qurbanlar kəsib, səkkiz müxtəlif ərazilərdə paylamaq üçün 21 min ABŞ dolları toplayıb.