Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili mətbuat azadlığı məsələsini müzakirə edib


Dekabrın 12-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ulyam Gil bastainfo.com xəbər portalının redaktoru Mustafa Hacıbəyli ilə görüşüb və Azərbaycanda media azadlığını müzakirə edib.

Bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Mustafa Hacıbəyli bildirib ki, görüşdə vəkil Osman Kazımov, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley və səfirliyin mətbuat katibi Natan Cons iştirak edib.

Noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılan Mustafa Hacıbəyliyə qarşı saytda dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycan hüquq müdafiə təşkilatlarının məlumatına görə, ölkədə hazırda on nəfər jurnalist və bloger həbsdədir. Jurnalist və blogerlərin həbsi beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidi ilə qarşılanır. Rəsmi Bakı isə tənqidləri qəbul etmir, qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG