Accessibility links

ABŞ-ın nüfuzlu senatorları: Xaşuqcinin qətlinin arxasında Səudiyyə Ərəbistanının vəliəhdi durur


Senatorlar Bob Korker və Lindsi Qraham
Senatorlar Bob Korker və Lindsi Qraham

ABŞ-ın nüfuzlu senatorları prezident Trampın vəliəhdə qarşı dəlillərin inandırıcı olmadığı ilə bağlı mövqeyini rədd edərək, səudiyyəli dissident jurnalist Camal Xaşuqcinin Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlinin arxasında Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın durduğuna dair kifayət qədər dəlil olduğunu bildiriblər.

“Əgər vəliəhd məhkəmə qarşısına çıxarılsa, o, 30 dəqiqə içində məhkum olunar”-deyə, Senatın Xarici Əlaqələr komitəsinin respublikaçı sədri Bob Korker bildirib.

Senator bu açıqlamanı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin ABŞ təhqiqatçılarının Xaşuqcinin oktyabrın 2-də qətli ilə bağlı topladığı dəlillərlə bağlı komitə üzvlərini məlumatlandırdığı dinləmədən sonra müxbirlərlə söhbətində verib.

Senator Korker deyib ki, “prezident asanlıqla irəli çıxıb", deyə bilər ki, “jurnalisti vəliəhd qətlə yetirib”. Lakin Korkerin bildirdiyinə görə, bunun əvəzinə Tramp “buna OK deyib”.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Cina Haspel
Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Cina Haspel

Senatda daha bir nüfuzlu respublikaçı, Cənubi Karolina ştatının senatoru Lindsi Qraham isə ABŞ-ın Səudiyyə Ərəbistanına uzun zamandır ayırdığı yardımı nəzərdə tutaraq bildirib ki, “mənim üçün artıq biznes bitib”.

Qraham deyib ki, o, Haspellə dinləməyə “Xaşuqcinin vəliəhdin xəbəri olmadan qətlə yetirilməsinin mümkün olmadığına inanaraq” gedib və dinləmə bitəndə “bu qiymətləndirmənin düzgün olduğuna tam əmin olub”.

Əgər vəliəhd məhkəmə qarşısına çıxarılsa, o, 30 dəqiqə içində məhkum olunar.
Senator Bob Korker

Haspellə dinləmə keçən həftə dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mattisin jurnalistin qətli ilə əlaqədar senatorlarla Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı olmadan keçən brifinqindən sonra keçirilib. Pompeo və Mattis prezident Trampın qətlə görə məsuliyyət məsələsinin qeyri-müəyyən olduğuna dair iddiasını dəstəkləyib.

Tramp keçən ay dünyanın ən böyük neft ixracatçısı və Yaxın Şərqdə İranın aqressiyasının qarşısını almaqda ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanına dəstəyin davam edəcəyini bəyan edib.

“Əgər biz Səudiyyə Ərəbistanını tərk etsək, böyük səhvə yol vermiş olarıq. Biz Səudiyyə Ərəbistanı ilə birlikdəyik. Biz Səudiyyə Ərəbistanı ilə bir dayanırıq”-deyə Tramp bildirib.

İstanbulda Camal Xaşuqci üçün dua mərasiminin iştirakçısı üzərində Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın fotosu altında “qatil” və Camal Xaşuqcinin fotosunun altında isə “şəhid” yazısı olan posteri nümayiş etdirir, İstanbul, 16 noyabr, 2018.
İstanbulda Camal Xaşuqci üçün dua mərasiminin iştirakçısı üzərində Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın fotosu altında “qatil” və Camal Xaşuqcinin fotosunun altında isə “şəhid” yazısı olan posteri nümayiş etdirir, İstanbul, 16 noyabr, 2018.

Tramp Xaşuqcinin qətlini pisləyib və deyib ki, “vəliəhdin bu faciəli hadisədən xəbəri olduğu mümkündür”.

Lakin Tramp vəliəhdin qətli sifariş edib-etmədiyi məsələsində şübhələrini bildirərək, “bəlkə edib, bəlkə də etməyib” deyib.

ABŞ lideri bildirib ki, nə olursa-olsun, Amerikanın Ər-Riyadla biznes əlaqələri və ABŞ və Səudiyyə Ərəbistanı arasında İrana qarşı hərbi əməkdaşlıq vəliəhdin Xaşuqcinin qətli ilə əlaqədar qarşılaşdığı qınaqlara üstün gəlir. Ər-Riyad qətllə əlaqədar olaraq 11 nəfəri məhkum edib və onlardan beşinə ölüm hökmü çıxarılmasını istəyib.

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman

ABŞ-da yaşayan və Washington Post qəzetinin yazarı olan Camal Xaşuqci şahzadə Məhəmməd bin Salman və Ər-Riyadın Yəməndə hərbi müdaxiləsinin kəskin tənqidçisi idi. O, İstanbuldakı konsulluğa türkiyəli nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə getmişdi.

ABŞ Xaşuqcinin qətli ilə əlaqədar 11 səudiyyəliyə qarşı sanksiya tətbiq edib. Bununla onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulub və onların ABŞ-dakı hesabları dondurulub

ABŞ qanunvericiləri Səudiyyə Ərəbistanına silah satışlarının və Ər-Riyada Yəməndəki münaqişədə yardımın dayandırılıb-dayandırılmaması məsələlərini müzakirə edir. Tramp silah satışlarının gələn illərdə 110 milyard dollar təşkil edəcəyini bildirir.

Tramp keçən ay Səudiyyə Ərəbistanına dəstəyini bildirirərək, bəzi qanunvericilərin onun vəliəhdin Xaşuqcinin qətlində əli olub-olmadığı məsələsində mövqeyi ilə razılaşmamasını və Ər-Riyada qarşı sanksiyalar tətbiq etmək istəyə bilməsini başa düşdüyünü deyib.

“Mənə təqdim ediləcək hər hansı təklifləri nəzərdən keçirəcəm, amma əgər onlar Amerikanın təhlükəsizliyi və müdafiəsinə tam uyğun gəlsələr”-deyə Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG