Accessibility links

Nümayəndələr Palatasının demokratları hökumətin qismən fəaliyyətinin bərpasına dair büdcəni təsdiq edib


ABŞ-ın Nümayəndələr Palatasının demokrat üzvləri federal hökumətin bəzi agentliklərinin fəaliyyətinin bərpasına dair büdcə planını təsdiq edib.

Lakin hökumətin işinin tam normaya qayıtması gündəmdə olmayıb. Belə ki, Senatın respublikaçı nümayəndələrinin lideri Mitç Makonnell sənədi səsverməyə çıxarılmasına imkan verməyəcəyini deyib.

Senatın respublikaçıları hələ ki, Trampın mövqeyini dəstəkləyir və onun tələb etdiyi divar inşası planının maliyyələşdirilməsini istəyir.

Nümayəndələr Palatasın büdcə planı respublikaçıların çox az dəstəyi ilə 240-179 səslə təsdiq edilib.

Burada dekabrın 22-dən maliyyələşdirilməyən Daxili İşlər Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Agentliyinin fəaliyyətinin bərpası nəzərdə tutulur. Sənəd 35.9 milyard dollar təcili fondlar, Trampın büdcə tələbi üçün 6 milyard dollardan artıq vəsait və 2018-ci ilin 601 milyon dollarlıq vəsaitin təsdiqidir.

ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanışı ilə üzləşən Tramp milli fövqəaldə vəziyyət elan edəcəyi ilə hədələyib. Bu yolla o, Konqresin təsdiqi olmadan divar layihəsini maliyyələşdirə bilər.

Fövqəaldə vəziyyətin tənqidçiləri bunun qanunsuz olduğunu irəli sürür. Belə ki, qərər demokratları məhkəməyə müraciət etməyə vadar edə bilər. Bu həm də hökumətin fəaliyyətinin tam bərpası deməkdir.

Texas-Meksika sərhəd bölgəsindəki səfərindən qayıdan prezident Twitter-də yazıb ki, "cənub sərhədlərində humanitar böhran hökm sürür. Yenicə dönmüşüəm. Vəziyyət təsəvvür ediləcəyindən qat-qat ağırdır, işğal!"

Dekabrın 22-də Konqres və prezident Donald Tramp arasında sərhəd divarı üçün ayrılan pullarla bağlı mübahisələr səbəbilə başlamış Federal Təhqiqatlar Bürosunun 5000 işçisi daxil edilməklə, dövlət qurumlarının 800 mindən çox işçisi ya ödənişsiz işləməyə, ya da işə gəlməməyə məcbur edilib.

ABŞ Senatı dünən gecə yekdilliklə hökumət açıldıqda federal işçilərin maaşlarının ödənəcəyinə dair zəmanət sənədini təsdiq edib.

Nümayəndələr Palatasında da eyni plan 411-7 səslə təsdiqini əldə edib. Hazırda sənəd imzalanması üçün prezidentə göndəriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG