Accessibility links

ABŞ-ın NATO-dakı səfiri Rusiyanın yeni raket sistemi insasını dayandırmağa çağırıb


ABŞ-ın NATO nümayəndəsi Rusiyanın yeni raket sistemi insasını dayandırmağa çağırıb. Key Beyli Hatçison xəbərdarlıq edib ki, sistem əməliyyata başlasa ABŞ tərəfindən sıradan çıxarılacaq.

O bildirib ki, ABŞ orta və yaxınmənzilli raketlərin qadağan edilməsilə bağlı müqaviləni pozan Rusiya raketlərini məhv edə bilər.

Brüsseldə jurnalistlərlə görüşən NATO elçisi xəbərdarlıq edib ki, əks halda ABŞ hərbçiləri Rusiyanın raket sistemlərini hələ işə düşməzdən əvvəl sıradan çıxarmağa çalışacaqlar.

“Biz istənilən müttəfiq ölkəyə təhlükə yaradan raketin sıradan çıxarılmasının mümkünlüyünə baxırıq” , Hatçinson deyib.

O bildirib ki, Rusiya müzakirə masası arxasına keçməli və pozuntuları dayandırmalıdır. Səfir Vaşinqtonun şərtləri pozmasını istəmədiyini, Mosskvanın ABŞ-ı buna vadar etdiyini deyib.

1987-ci ildə ABŞ-la keçmiş SSRİ arasında imzalanmış razılaşma 500 kilometrdən çox məsafəni vura bilən raketlərin istehsalını və onlardan istifadəni qadağan edir.

ABŞ hesab edir ki, bu cür sistemlər, Rusiyaya Avropa və ya Alyaskaya qəfil zərbə endirmək imkanı verə bilər.

ABŞ son vaxtlar Rusiyanı 1987-ci il müqaviləsini pozmaqda, xüsusilə qadağan edilmiş raket sistemi yaratmaqda günahlandırır.

Rusiya ittihamı rədd edir.

XS
SM
MD
LG