Accessibility links

ABŞ-ın qərb sahilində meşə yanğınları davam edir


Amerikanın Qərb Sahilinin böyük bir hissəsi yanır. Belə ki, cümə günün Kaliforniyadan Vaşinqton ştatına qədər uzanan bir ərazidə 100-dən çox meşə yanğını baş verir. Nəticədə şəhərlər dağılıb, azı 24 nəfər həyatını itirib.

Oreqon ştatının əhalisinin 10 faizindən çoxu, yəni 500 mindən çox insana evlərini təxliyə etmələrinə gair göstəriş verilib, çünki ştatda baş verən yanğın minlərlə evi dağıdıb, yüz minlərlə hektar ərazini yandırıb. Portlandda yerləşən Oreqon Konvensiya Mərkəzi evakuasiya mərkəzinə çevrilib. Bir çox insan isə böyük avtodayanacaqlarda öz maşınlarının içində qalır.

“Biz kütləvi tələfatların olacağına hazırlanırıq,” Oreqon Fövqəladə Hal İdarəsinin rəhbəri Endrü Felps bildirib.

Regionun böyük bir hissəsini bürüyən tüstü sağlımığa hədə yaradıb və nəticədə rəsmilə sakinləri küçəyə çıxmamağa çağırıb.

Helikopterlər iki yanğının birləşəcəyi gözlənilən və ştatın ən çox məskunlaşmış ərazisinə su və antipiren atıblar.

Ştatın qubernatoruKeyt Braun cümə günü bildirib ki, Cekson və Marion mahallarında onlarla insan hələ də itkindir.

Kaliforniyanın paytaxtı Sakramento şəhərindən 190 kilometr şimal-qərbində yerləşən Mendosino Milli Meşəsində ştat tarixinin ən böyük yanğını baş verir.

“Bu, Allahın işi deyil. Bu, biz Vaşinqton ştatının iqlimini kəskin şəkildə dəyişdiyimiz üçün baş verir,” qubernator Cey İnsli bildirib. O deyib ki, bu yanğın Vaşinqtonda son beş gündə yanan torpaq ərazisinə görə ştatın ikinci ən pis yanğın mövsümüdür.

Bu arada isə metereoloqlar deyir ki, cümə günü Birləşmiş Krallıqda havada görünün narıncı rəngə səbəb Kaliforniyadakı meşə yanğınları olub.

XS
SM
MD
LG