Accessibility links

ABŞ-ın qadın yığması kişilərlə eyni maaş almadıqları üçün futbol federasiyasını məhkəməyə verib


ABŞ-ın qadınlardan ibarət futbol yığması ABŞ Futbol Federasiyasını məhkəməyə verərək, kişi həmkarları ilə eyni əmək haqqı almalarına nail olmağa çalışır.

Hazırkı yığmanın 28 üzvünün hər biri əmək haqqı məsələsində mövcud fərqi “institutlaşdırılmış cinsi ayrıseçkiliyi” adlandıraraq, məhkəmə iddiasına qoşulublar.

Los Ancelesdə cümə günü təqdim edilən iddia milli yığmanın idmançılarına kişi həmkarları ilə bərabər əmək haqqı verilməsi məqsədi daşıyır. İddiada bildirilir ki, illər ərzində davam edən ayrıseçkilik nəinki əmək haqqında, eyni zamanda səyahət şərtləri, təlimlər, tibbi heyətin dəstəyi və oyunların təbliğatı məsələlərini də əhatə edir.

Məhkəmə iddiasi Beynəlxalq Qadınlar Günü və ABŞ yığmasının çempionluq statusunu müdafiə edəcəyi Fransada keçiriləcək Dünya Kubokundan üç ay öncəyə təsadüf edir.

XS
SM
MD
LG