Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Hanstman istefa verib


Birləşmiş Ştatların Rusiyadakı səfiri Co Hanstman
Birləşmiş Ştatların Rusiyadakı səfiri Co Hanstman

ABŞ-ın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Rusiyadakı səfiri Co Hanstman istefa ərizəsini prezident Donald Trampa təqdim edib.

Hantsmanın istefasının səbəbinin onun dogma Yuta ştatında qubernator seçkilərində yendən namizədliyini irəli sürmək planları ilə əlaqədar olduğu bildirilir. 59 yaşlı Hantsman 2005-2009-cu illərdə ştatın qubernatoru vəzifəsində çalışıb.

Səfirin vəzifəsindən oktyabr ayının 3-də gedəcəyi haqda məlumat verilib.

Birləşmiş Ştatların Rusiyadakı səfiri Co Hanstmanın Rusiya prezidenti Vladimir Putinə etimadnaməsini təqdim edir, 3 oktyabr, 2017.
Birləşmiş Ştatların Rusiyadakı səfiri Co Hanstmanın Rusiya prezidenti Vladimir Putinə etimadnaməsini təqdim edir, 3 oktyabr, 2017.

Prezident Tramp hakimiyyətdə olduğu birinci il Rusiya ilə münasibətləri nizama salmaq üçün Hantsmanın səfir vəzifəsinə namizədliyini irəli sürüb. Verilən məlumatlara görə, Hantsman ona bu vəzifədə iki il müddətinə qalacağını əvvəlcədən bildirib.

Tramp administrasiyası Hantsmanın istefasından sonra Rusiya ilə münasibətlərdə gərginliklərin artdığı bir vaxt bu mühüm posta namizəd tapmalıdır.

Yeni səfir Moskvanın Krımı ilhaq etməsi və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi də daxil olmaqla, bir sıra məsələlərlə əlaqədar mövcud gərginliklər fonunda Rusiya ilə münasibətlərin yaxşılaşdırılması kimi mürəkkəb bir missiyanı yerinə yetirməli olacaq.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Yaponiyada Osakada Böyük 20-lər sammiti çərçivəsində ikitərəfli görüş zamanı, 28 iyun, 2019.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Yaponiyada Osakada Böyük 20-lər sammiti çərçivəsində ikitərəfli görüş zamanı, 28 iyun, 2019.

Bəzi kütləvi informasiya vasitələrində prezident Trampın səfir Hantsmanın istefası və onun yeni səfirlə əvəz olunması məsələsini keçən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı müzakirə etdiyi haqda məlumat verilib.

ABŞ-ın hər iki partiyanı təmsil edən qanunvericiləri Tramp administrasiyasının Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək istəməməsi və Vaşinqton və Moskva arasında münasibətləri yaxşılaşdırmağa səy göstərməsi ilə əlaqədar narahatlıqlarını dilə gətiriblər.

Co Hantsman bundan öncə 2009-cu ildə keçmiş prezident Barak Obamanın xahişi ilə ABŞ-ın Çində səfiri vəzifəsində çalışıb. O, 1990-cı illərdə ABŞ-ın Sinqapurda səfiri olub.

XS
SM
MD
LG