Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Moskvada saxlanan amerikalı Pol Uilanla görüşüb


ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman çərşənbə günü Lefortovo həbsxanasında Rusiya hökuməti tərəfindən casusluqda ittiham edilərək saxlanılan Amerika vətəndaşı Pol Uilanla görüşüb. Bu haqda ABŞ Dövlət Departamenti məlumat verib.

Bundan öncə çərşənbə günü ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatlar Pol Uilanın dərhal azad edilməsini tələb edir və onun həbsinin səbəbləri ilə bağlı izahat almaq istəyir.

"Ümid edirik ki, gələn bir neçə saat ərzində biz onunla konsulluq vasitəsi ilə görüşəcəyik və daha artıq məlumat əldə edəcəyik”, Braziliyada yeni hökumətin inaqurasiyasında çıxış edən Pompeo deyib.

Pompeonun Pol Uilanın azad edilməsinə dair çağırışından sonra Rusiya casusluq ittihamı ilə nəzarət altına alınan keçmiş dəniz piyadası ilə konsulluq vasitəsi ilə görüşə icazə verib.

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanılan ABŞ vətəndaşının ailəsi bildirir ki, o, günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

Ailəsinin yanvarın 1-də verdiyi məlumata görə, ordudan tərxis edilmiş Pol Uilanla son dəfə dekabrın 28-də əlaqədə olublar.

Ailənin verdiy bəyanatda deyilir ki, o, səfərdə olanda da bu qədər müddətdə evlə əlaqəsiz olmurdu:

“Biz onun təhlükəsizliyindən və vəziyyətindən dərindən narahatıq. Onun günahsızlığı şübhəsizdir və biz inanırıq ki, onun hüquqlarına hörmət ediləcəkdir”.

Rusiya mediası yazır ki, təqsiri sübut olunarsa təqaüddə olan dəniz donanması qulluqçusu Uilanı 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

Devid Uilan deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul BorgWarner şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Rusiyanın dövlət Rostec konqlomeratı 2013-cü ildə bildirirdi ki, onun Kamaz avtomobil zavodunun BorgWarnerTurboSystems kimi tanınan BorgWarner şirkəti ilə uzun illər əməkdaşlığı olub.

Uhelanın saxlanmasından bir gün əvvəl prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampa Yeni il təbrikində yazıb ki, Moskva Vaşinqtonla dialoqa hazır olaraq qalır.

Rusiya ilə ABŞ arasında münasibətlər Suriya müharibəsi və Ukraynada münaqişə də daxil olmaqla, bir sıra beynəlxalq məsələlərə görə gərgin olaraq qalır.

Ötən noyabrın sonlarında Trump Ukrayna gəmilərinin və 24 Ukrayna dənizçisinin Moskva tərəfindən həbsinə etiraz olaraq Putinlə planlaşdırılan görüşünü qəfildən ləğv edib. İki prezident Argentinada keçirilən G20 sammitinin kuluarlarında görüşməli idi.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG