Accessibility links

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları-Kremlin narahatlıqları [Təhlil]


ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyalarının çərşənbə günü elan ediləcəyi gözlənilir. Sanksiyalar bu ilin əvvəli Britaniyada Rusiyanın keçmiş agenti və onun qızının zəhərlənməsinə cavab olaraq kimyəvi və bioloji silahlara dair qununa əsasən tətbiq edilir. Bu, müşahidəçilərin çoxu tərəfindən qarşı tərəfi sınayan yorucu “müharibə”də növbəti mərhələ hesab edilir.

Lakin Kreml rəsmilərini bu yeni cəzalar paketi deyil, daha çox hər iki partiyanı təmsil edən ABŞ senatorlarının çağırdığı növbəti sərt sanksiyalar narahat edir.

Rusiyaya texnologiyaların ixracına geniş qadağaları nəzərdə tutan bu həftə qüvvəyə minəcək sanksiyalar Moskva rəsmilərinin qınağına səbəb olub.

Bununla yanaşı, ABŞ-ın Maliyyə nazirliyi çərşənbə günü Rusiyanın Şimali Koreya ilə enerji sahəsində ticarət qadağasını pozmaqda və Rusiyanın Federal Təhlükəsizlik Xidməti-FSB ilə əməkdaşlıqda ittiham etdiyi bir sıra şirkətlər və şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Maliyyə nazirliyinin rəsmisi Siqal Mandelker Senatın Banklar komitəsinə deyib ki, administrasiya sanksiyaları sərtləşdirməyə hazırlaşır.

ABŞ Maliyyə nazirliyinin rəsmisi Siqal Mandelker
ABŞ Maliyyə nazirliyinin rəsmisi Siqal Mandelker

“Rusiyanın bəd əməlləri davam etsə də, biz inanırıq ki, bu, avantüra bizim hakimiyyət səlahiyyətlərinin bütün gücündən istifadə edərək, daha çox iqtisadi zərbə endirməyə qadir olduğumuzu şübhəsiz ki, bilirdilər və biz bu davranış tamamilə açıq və əhəmiyyətli dərəcədə dəyişməyənə qədər bunu etməkdən çəkinməyəcəyik”-deyə, ABŞ-ın maliyyə nazirinin müavinini vəzifəsini icra edən Siqal Mandelker Senatın Banklar komitəsinə bildirib.

Kremlin sözçüsü Dmitri Peskov müxbirlərlə söhbətində sanksiyaların düşməncəsinə və qeyri-qanuni xarakter daşıdığını və bunun dünya ticatərinə təsir göstərəcəyini deyib. Lakin bununla belə o, hədələrə keçməyib və “gəlin baxaq görək nə olur” deməklə kifayətlənib.

ABŞ-ın 1991-ci il qanununa əsasən, Ağ Ev kimyəvi, ya da bioloji hücuma görə məsuliyyət daşıyan hər hansı bir ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir.

Londonda Müdafiə xidmətləri Kral birləşmiş institutunun təhlilçisi Emili Ferris yeni sanksiyaların ABŞ və Rusiya arasında onsuz da mürəkkəb münasibətləri daha çətinləşdirəcəyini deyib. Lakin o əlavə edib ki, Avropa İtifaqı ilə daha çox tərəfdaşlıq edən Amerika Rusiyanın əsas ticarət partnoyu olmadığına görə, sanksiyaların effekti də böyük olmayacaq.

“Rusiya yəqin ki, Amerikanın sanksiyaları genişləndirmək haqda vədinə əməl edib-etməyəcəyini gözləməklə reaksiya göstərəcək. Rusiya adətən cavab tədbirləri görür, məsələnin ticarət müharibəsinə gedib çıxmasını istəmir”.

ABŞ-ın aprel ayında Amerika rəsmilərinin bildirdiyinə görə, Rusiya hökuməti tərəfindən “dünya boyu bəd əməllərə” görə cəza olaraq tətbiq etdiyi ayrı sanksiyalar rublun dəyərini itirməsi, xaricə səfər edən və xarici ticarət malları alan adi Rusiya vətəndaşlarının alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarmışdı.

Yuliya Skripal
Yuliya Skripal

ABŞ Dövlət Departamenti Kremli beynəlxalq qanunu pozmaqda ittiham edərək, Rusiyaya qarşı bu həftə qüvvəyə minəcək sanksiyaları avqust ayında elan edib. Rəsmilərin bildirdiyinə görə, onlar Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinin arxasında Rusiya hökumətinin durduğu haqda nəticəyə gəlib. Skripallar əsəb qazından istifadə edilməklə törədilmiş hücumdan sonra uzun müddət xəstəxənada qalıb müalicə olunublar.

ABŞ-ın 1991-ci il qanununa əsasən, Ağ Ev kimyəvi, ya da bioloji hücuma görə məsuliyyət daşıyan hər hansı bir ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir. Qanuna görə, Rusiya 90 gün ərzində kimyəvi silahlardan istifadədən imtina etməyə və müfəttişlərin onların aradan qaldırıldığını təsdiq etməsinə razı olmasa, sanksiyaların daha sərt-ikinci raundu tətbiq edilir.

Kreml Skripalların zəhərlənməsi ilə hər hansı bir əlaqə olduğunu qətiyyətlə rədd edir. Təhlilçilər bildirir ki, Rusiya prezideni Vladimir Putinin beynəlxalq müfəttişlərin kimyəvi silah obyektlərinə getməyə imkanı verəcəyini çətin gözləmək olar.

Bundan əlavə, Tramp administrasiyası Birləşmiş Ştatlar və beynəlxalq banklardan Rusiyaya kreditlə bağlı qarantiyalardan imtina etmək, Rusiya təyyarələrinin ABŞ ərazisində enməsinə icacə verməmək və hətta diplomatik münasibətləri kəsmək kimi cəza tədbirləri tətbiq edə bilər.

Rusiyanın enerji və maliyyə sektorlarını nəzərdə tutan və Rusiya Federasiyasının suveren borcunu hədəf alan sanksiyaların bu ikinci raundu Moskvanın ciddi narahatlığına səbəb olur.

Tramp administrasiyası Birləşmiş Ştatlar və beynəlxalq banklardan Rusiyaya kreditlə bağlı qarantiyalardan imtina etmək, Rusiya təyyarələrinin ABŞ ərazisində enməsinə icacə verməmək və hətta diplomatik münasibətləri kəsmək kimi cəza tədbirləri tətbiq edə bilər.

Rusiya təhlilçilərinin bildirdiyinə görə, ən böyük narahatlıq doğuran məsələ isə Rusiyanın dövlətə məxsus banklarına ABŞ dollarları ilə transaksiyaları qadağan etməyi nəzərdə tutan sanksiyalar təklifi ilə bağlıdır. Təklif ABŞ senatorları Lindsi Qraham və Bob Menendes tərəfindən irəli sürülüb. Bununla Rusiya bankları xarici valyuta ilə əməliyyatlar aparmaq üçün vasitəçilərə müraciət etmək məcburiyyətində qala bilər. ABŞ Senatı tərəfindən bu layihələrin qəbul edilməsi Qərb investorlarının Rusiya dövlət istiqrazlarını almasını və Rusiyanın xaricdən borc almasını çətinləşdirə bilər.

Rusiya Duması sanksiyaların mümkün təsirlərinin azaldılması məqsədilə iyul ayında bir sıra qanun layihələrini qəbul edib.

Eyni zamanda Rusiya rəsmiləri cavab tədbirləri olaraq ABŞ-dan titan ixracatına məhdudiyyətlər qoymaq, Rusiyanın hava hövzəsindən tranzit kimi istifadə edən ABŞ-ın yük və sərnişin təyyarələrinə yüksək tariflər tətbiq etmək və NASA və Pentaqon tərəfindən Amerika peyklərinin buraxılması üçün istifadə etdiyi Rusiya istehsalı olan RD-180 raket mühərriklərinin çatdırılmasını dayandırmaq kimi tədbirlərin görülməsini tövsiyə edir.

XS
SM
MD
LG