Accessibility links

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib [Video]


ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Son illər Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara əlavə olunan yeni sanksiyalar Britaniyada rusiyalı casusa qarşı həyata keçirilən əsəb-sinir qazı ilə hücumla əlaqədardır.

Dövlət Departamenti Rusiyaya xaricdən bəzi silah alış-verişi və maliyyə yardımını ləğv etməyi, eləcə də bu ölkəyə kreditləri dayandırmağı, milli təhlükəsizlik və texnoloji baxımdan həssas malların ixracını qadağan etməyi planlaşdırır.

Qanuna görə, Rusiya 90 gün ərzində kimyəvi silahlardan istifadədən imtina etməyə və müfəttişlərin onların aradan qaldırıldığını təsdiq etməsinə razı olmasa, sanksiyaların daha sərt-ikinci raundu tətbiq ediləcək.

Bundan əlavə, Tramp administrasiyası Birləşmiş Ştatlar və beynəlxalq banklardan Rusiyaya kreditlə bağlı qarantiyalardan imtina etmək, Rusiya təyyarələrinin ABŞ ərazisində enməsinə icazə verməmək və hətta diplomatik münasibətləri kəsmək kimi cəza tədbirləri tətbiq edə bilər.

Rusiya rəsmiləri buna cavab olaraq, ABŞ-dan titan ixracatına məhdudiyyətlər qoymaq, Rusiyanın hava hövzəsindən tranzit kimi istifadə edən ABŞ-ın yük və sərnişin təyyarələrinə yüksək tariflər tətbiq etmək və NASA və Pentaqon tərəfindən Amerika peyklərinin buraxılması üçün istifadə etdiyi Rusiya istehsalı olan RD-180 raket mühərriklərinin çatdırılmasını dayandırmaq kimi tədbirlərin görülməsini tövsiyə edir.

Rəsmi Kreml mümkün cavab reaksiyası ilə bağlı qərar verilməzdən öncə sanksiyaların tam şəkildə nəzərdən keçiriləcəyini və Rusiyanın maraqlarının ən yaxşı təmin olunacağı şəkildə hərəkət ediləcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi yeni sanksiyaların iki ölkə arasındakı dialoqu yalnız daha da çətinləşdirəcəyini qeyd edib.

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton cümə günü Kiyevdə prezident Poroşenko ilə görüşündən sonra Rusiyaya qarşı sanksiyaların Moskva öz davranışını dəyişməyənə qədər qüvvədə qalacağını qeyd edib. Onun sözlərinə görə, buraya ABŞ seçkilərinə müdaxilə, Krımın işğalına və Donbasda zorakılıqlara və Britaniyada Skripalların zəhərlənməsi kimi başqa ölkələrdə kimyəvi silahlardan istifadəyə son qoyulması daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG