Accessibility links

ABŞ-ın Suriyadan çıxması ərəb dünyası ilə Dəməşqi yaxınlaşdırır


ABŞ-ın Suriyadan çıxması ərəb dünyası ilə Dəməşqi yaxınlaşdırır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Suriyanın şimalındakı Mənbic şəhərində yerləşən ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələri bölgədəki kürd əhalinin təhlükəsizliyini təmin etməyi təklif ediblər.

Bu ayın əvvəlində Tramp administrasiyası qoşunların Suriyadan çıxarılacağını açıqlamışdı. Tükiyə isə bu əraziyə nəzarət edən kürd YPG qüvvələrinə qarşı hərbi əməliyyatların olacağını elan edib.

Mənbic sakinlərinin sözlərinə görə, onlar ABŞ qoşunları getdikdən sonra onlara hücum etməyə hazır olan Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun döyüşçüləri ilə əhatə olunublar.

"Döyüşlər səbəbilə hər kəs didərgin düşəcək. Çünki, Azad Suriya Ordusu mərhəmətsizdir."

"Biz təhlükəsizlik və müharibənin bitməsi üçün allaha dua edirik. Çox yorulmuşuq. Artıq neçənci dəfədir ki, didərgin düşürük. Düşərgə həyatı əzablıdır." - deyə, Mənbic sakinləri bildirib.

Ağır yağışlar və daşqın Suriya şimalında qaçqın düşərgələrini yararsız hala salıb. Suriya İnsan Haqları Monitorinq qrupu Suriya düşərgələrindəki qaçqın və məcburi köçkünlərin yaşadıqları şəraitin "fəlakətli" olduğunu bildirib. Qrup həmçinin əlavə edib ki, yardım təşkilatları da zərər çəkmişlərə kömək etmək üçün bir şey etməyiblər.

"Bizim çadırı daşqın suyu basıb və hər şeyimiz suyun üstündə üzür. İndi bizin nə yatağımız nə də yorğanımız var. Bəzi insanlar suyu çölə boşaltmağı bacardı. Biz beynəlxalq təşkilatlardan kömək istəyirik." - deyə, suriyalı qaçqın Firas bildirib.

Birləşmiş Ərəb Əmirlikləri cümə axşamı Dəməşq şəhərində yenidən səfirliyini açıb. Bu da Bəşər Əsədin Ərəb dünyasına qayıtması kimi qiymətləndirilir. İraqın Suriyadakı səfiri digər ərəb ölkələrini də Suriya hökuməti ilə münasibətlərini yenidən qurmağa çağırıb.

"Suriya ərəb dünyasında vacib strateji mövqeyə sahib, ərəb dünyanın ürəyi olan bir ölkədir. Suriya ərəb ölkələri tərəfindən gözardı edilə bilməz. Bu, bütün ərəb ölkələrinə Dəməşqdə səfirliklərini açmaq üçün bir çağırışdır." - deyə, səfir Saad Məhəmməd qeyd edib.

ABŞ müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri də Əsəd hökumətinə qarşı döyüşən üsyançıları maliyyələşdirən Ərəb ölkələri arasında idi. Ancaq indi liderlər ölkələrinin Suriyadakı iştiraklarını "regional müdaxilə" adlandırıblar. Ərəb ölkələri İranın Suriyadakı təsirindən narahatdır. Həmçinin İsrail də. İsrailin təhlükəsizlik rəsmisi cümə axşamı İranın Hizbullah terrorçularına silah göndərmək üçün Suriyada istifadə etdiyi sahələri bombaladığını təsdiqləyib.

XS
SM
MD
LG