Accessibility links

ABŞ-ın təşkilatı tərk etməsindən sonra ÜST Almaniyaya üz tutur


Ümumdünya Səhiyyə Təşkilatının Yoluxucu Xəstəliklər üzrə proqramının baş direktoru Deyvid Heyman
Ümumdünya Səhiyyə Təşkilatının Yoluxucu Xəstəliklər üzrə proqramının baş direktoru Deyvid Heyman

Amerikanın Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə ayrılmasından sonra BMT-nin səhiyyə agentliyinin keçmiş baş direktoru maliyə fondunda ən böyük donorlardan birinin yaratdığı boşluğu doldurmaq üçün digər ölkələrin, xüsusilə də Almaniyanın addımlar atacağını proqnozlaşdırıb.

Çərşənbə günü səhər keçirdiyi brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun köməkçisi, amerikalı doktor Deyvid Heyman ABŞ-ın agentlikdən çıxma qərarından "çox məyus olduğunu" deyib.

Heyman ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının olduqca vacib fəaliyyətlərinin arxasında durduğunu, ABŞ və onun soyuq müharibə dövründə düşməni Rusiyanın çiçək xəstəliyinin aradan qaldırılması yolunda qlobal təşəbbüsə başçılıq etdiyini qeyd edib.

Heyman bununla belə Ümumdünya Səhiyyə Təşkilatının çox güman ki, işinə davam edəcəyini deyib.

O, son zamanlar Almaniyanın qlobal səhiyyə sahəsində əhəmiyyətli tərəfdaşa çevrildiyini və digər ölkələrin də bu istiqamətdə addım atdıqlarını bildirib.

Təşkilatın baş direktoru Tedros Adhanom Gebreysusun da brifinqdə olması planlaşdırılırdı, lakin başlamazdan bir neçə dəqiqə əvvəl o, brifinqdə iştirak etməmək qərarı verib. Heyman Tedrosun ABŞ-ın təşkilatdan çıxması ilə bağlı suallara cavab vermək istəməməsi haqda fikirləri rədd edib.

XS
SM
MD
LG