Accessibility links

ABŞ-ın təhsil naziri məktəblərin açılmasına çağırır


ABŞ-ın təhsil naziri Betsi DeVos bazar günü ölkə boyu icmaları məktəblərin tam açılmasına çağıraraq, koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, bunun təhlükəsiz olduğunu deyib.

DeVos bu açıqlamaları Fox və CNN tele kanallarına müsahibələri zamanı verib. O, səhiyyə ekspertləri və yerli və federal hökumət rəsmilərinin mart ayından koronavirus pandemiyasına görə bağlanmış məktəblərdə təhsilin tam bərpa olunmasına qarşı tövsiyələri ilə bağlı suallar qaldırıb. Birləşmiş Ştatlarda hazırda gün ərzində koronavirusa 60000-dən çox rekord yoluxma halları qeyd edilir.

“Tədrisə qayıtmaq həqiqətən çox vacibdir”, DeVos Fox tele kanalının bazar günü proqramında müsahibəsi zamanı deyib. “Əldə olan məlumatlarda bunun hansısa şəkildə təhlükəli olduğu barədə bir şey göstərilmir” – deyə, o, alimlərin uşaqların virusu böyüklər kimi sürətlə yaymadığına inandıqlarını qeyd edib.

“Uşaqlar virusu böyüklər kimi yaymır”, o əlavə edib.

“Məktəblər açılmalıdır” – deyə, DeVos CNN tele kanalına müsahibəsində bildirib. Lakin bununla yanaşı, o, virusun çox geniş yayıldığı yerlərdə bir neçə gün dərslərin virtual keçirilməsinin mümkün ola bildiyini bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məktəblərin açılması üçün tövsiyələrinə əsasən, şagirdlər maska taxmalı və bir-birindən azı iki metr məsafə saxlamalıdır.

Agentlik bu həftə məktəblərin mümkün açılması üçün yeni tövsiyələr verəcəyini bildirib, lakin onun rəhbəri Robert Redfild agentliyin əsas tövsiyələrindən geri çəkilməyəcəyini bildirib.

ABŞ-da məktəblərlə bağlı qərarlar federal hökumət deyil, yerli rəsmiləri tərəfindən verilir. Ölkədə bir sıra məktəblərin rəsmiləri prezident Tramp və təhsil naziri DeVosun məktəblərdə təhsilin tam bərpa olması ilə bağlı çağırışları ilə razı olmadıqlarını ifadə ediblər.

XS
SM
MD
LG