Accessibility links

ABŞ-ın tarixi "Drive-in" kinoteatrları yenidən aktualdır


ABŞ-da tarixi "drive-in" kinoteatrları yenidən aktualdır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

"Drive-in" (drayv in) kinoteatrları bir zamanlar 60-cı illərin ortalarında Amerika avtomobil mədəniyyətinin böyük bir hissəsi idi. Ancaq kondisionerli kinoteatrlar sonda onların əksəriyyətini biznesdən kənarlaşdırmışdı. Lakin bu günlərdə kinoteatrlar koronavirüs səbəbiylə bağlandığı zaman "Drive-in" kinoteatrları intibah dövrünü yaşayır.

Amerikalılar aylardır pandemiya səbəbi ilə sevimli aktyorlarını böyük ekranda görməkdən məhrum olub.

Amma hazırda yeni filmlər çox olmasa da, insanların təhlükəsiz şəkildə film izləmək üçün gedə biləcəyi bir yer var. Bu, qocaman Amerikanın yadigarı – "Drive-in" kinoteatrıdır.

Qərbi Virciniyada yerləşən “Stephens City drive-in” kinoteatrı paytaxt Vaşinqtondan təxminən saat-yarımlıq məsafədə olsa da, bu, bir çox izləyicini dayandırmır.

“Kiçik yaşlarımda buraya çox gəlirdim və bu təcrübəni sevirəm. O vaxtdan bəri bir neçə ildir gəlmirdim, ancaq sadəcə qayıtmaq və bunun necə olduğunu görmək istədim” - deyə, Karmen Smit bildirib.

"Çöldə olmağınız həqiqətən çox gözəldir". Burada görüntünü adi bir kinoteatrda olandan çox daha böyük görə bilərsiniz” - deyə, Ceyvn Cekson fikirlərini bölüşüb.

Əvvəllər Birləşmiş Ştatlarda minlərlə "Drive-in" kinoteatrı var idi, amma bu gün sadəcə bir neçə yüzü qalıb.

Ancaq qalanları yerli təsisat halına gəlib.

"Kinoteatr, necə deyərlər bizim üçün yerli simvoldur və nümayiş etdirdikləri filmlərdən və təqdim etdikləri atmosferdən zövq alırıq" deyə, Kristin Aşkroft qeyd edib.

Kinoteatr rəhbərliyi hər kəsin ya avtomobillərində qaldıqlarını və ya açıq havada düşərgələr qurduqlarını, "Drive-in" kinoteatrlarının təbii olaraq sosial məsafəni gözlədiklərini deyir.

Dəyişən bir şey var, insanlar filmlərini FM radiosu vasitəsilə yığırlar, çünki park yerindəki səsucaldıcılar COVID-i yaya bilər.

“Bəzi klassik səsucaldıcılarımız örtülüdür. Adətən bunları birləşdirib avtomobilinizə yerləşdirə bilərsiniz, ancaq oyun meydançası ilə eyni materialdan hazırlanır və CDC-yə görə bu, potensial virus ötürmə nöqtəsidir” - deyə, kinoteatrın meneceri Cim Kop bildirib.

Yenidən kinoteatrların yavaş-yavaş qayıtması ilə, sürücülərə bu nostalgiyanın davam edib-etməyəcəyini görmək qalır

XS
SM
MD
LG