Accessibility links

ABŞ-ın Ukraynadakı sabiq səfiri Nümayəndələr Palatasında ifadə verəcək


Kört Volker

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna üzərində impiçment araşdırması aparan Nümayəndələr Palatasının üç komitəsinin üzvləri cümə axşamı bu yaxınlarda istefa verən ABŞ-ın Ukraynadakı sabiq səfiri Kört Volkerla bağlı qapılar arxasında görüş keçirəcəklər.

Onların Volkerə iyulun 25-dəTrampla prezident Volodimir Zelenski arasında keçirilən telefon danışığı, Volkerin telefon danışığından sonra atdığı addımlar və Trampın şəxsi vəkili Rudi Culianinin Trampın Zelenskidən ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenlə bağlı təhqiqat aparmaq istəyi ilə əlaqələli atdığı addımlar barədə suallar verəcəyi gözlənilir.

Volker şikayət ictimaiyyətə açıqlanandan bir gün sonra istefa verib.

O, Culiani ilə Zelenski arasında görüşün təşkilinə yardım edib. Dövlət Departamenti bildirib ki, Volker Zelenskinin müşavirinin tələbi üzərinə onunla Culiani arasında əlaqə yaradıb.

Şikayət nəticəsində Nümayəndələr Palatasındakı Demokratlar rəsmi olaraq impiçment araşdırmasına başlayıb. Şikayətdə bildirilib ki, Trampın Zelenski ilə telefon danışığından sonra Volker və ABŞ-ın Avropa İttifaqındakı nümayəndəsi Qordon Sondland Ukrayna prezidenti və digər siyasi xadimlərlə görüşüb.

Şikayəti irəli sürən şəxs deyib ki, ABŞ rəsmilərinin o görüşlərdə aldığı qeydlərdə “Volker və Sondlandın Ukrayna rəhbərliyinə prezidetin cənab Zelenskiyə irəli sürdüyü tələblərin necə yerinə yetirilməli olduğuna dair məsləhət verdikləri” bildirilir.

Şikayətdə həmçinin bildirilib ki, şikayəti irəli sürən şəxs ABŞ rəsmilərindən “onların Culianinin Ukrayna rəsmiləri ilə əlaqə qurmaq və Trampdan onlara, onlardan Trampa ismarıc çatdırmaq üçün milli təhlükəsizliklə bağlı qərar vermə prosesisindən yan keçməsindən dərin narahatlıq hissi keçirdiklərini” eşidib.

“Dövlət Departamentinin rəsmiləri, o cümlədən Volker və Sondland ABŞ-ın milli təhlükəsizliyinə hər hansı təhlükənin qarşısını almaq məqəsdilə Culiani ilə danışıb”, şikayətdə bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG