Accessibility links

Venesuelaya ABŞ hərbi müdaxiləsi? Baxışlar fərqlənir


Venesuelaya ABŞ hərbi müdaxiləsi? Baxışlar fərqlənir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Venesuelaya ABŞ hərbi müdaxiləsi? Baxışlar fərqlənir

Prezident Donald Trampın Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq üçün hərbi qüvvədən istifadə etməsi ehtimalı, potensial qurbanlar və ümumilikdə amerikalı əsgərlərin başqa bir xarici münaqişəyə qəfil müdaxiləsinin fəsadları narahatlıq doğurur.

Hərbi müdaxilənin tərəfdarları prezident Nikolas Maduronun hakimiyyətdən imtina etməsinə yalnız "güc tətbiqi ilə" nail oluna biləcəyini söyləyirlər, hərbi müdaxiləyə zidd çıxanlar isə ABŞ hərbi müdaxiləsinin sosialist liderə dəstəyi artıra biləcəyini iddia edirlər.

Prezident Tramp Venesuelada ABŞ hərbi qüvvələrinin istifadəsinin "bir seçim" olduğunu söyləyib, lakin Konqres qarşısındakı illik hesabat məruzəsində dünyanın hər yerində bahalı hərbi əməliyyatları azaldılmasının vacibliyini vurğulayıb.

“Prezidentliyə namizəd kimi mən yeni bir yanaşma təklif edirəm. Böyük millətlər sonsuz müharibədə savaşmırlar”, ABŞ prezidenti Donald Tramp.

ABŞ, Latın Amerikası və Avropa ölkələrinin əksəriyyəti Venesuelanın Milli Asambleyasının lideri Xuan Quaydonu ölkənin keçid dövrü prezidenti kimi tanıyıb.

Onlar hazırki president Nikolas Maduronun ötən il qalib olduğu seçkiləri qeyri-qanuni saydığı üçün onu legitim president kimi tanımırlar.

Maduronun socialist siyasəti neftlə zəngin ölkənin iqtisadiyyatını tənəzzülə uğradıb. Ölkədəki yüksək inflyasiya, qida və tibbi ləvazimatlar çatışmazlığı səbəbilə milyonlarla insan öz ölkəsində baş verən dəyişikliklər və yoxsulluqdan qaçır.

Tramp administrasiyası Maduroya kürsünü tərk etmək üçün, Venesuelanın dövlət neft şirkətinə sanksiyalar tətbiq edib.

Hərbi müdaxiləni dəstəkləyənlər siyasi repressiya və narkotik alverində adı hallanan Maduro hökümətini devirmək üçün hərbi gücün zəruri ola biləcəyini və bir çox venesuelalı tərəfindən müsbət qarşılandığını bildirirlər.

“Bu bir çox venesuelalının fikrincə, kriminal hökuməti hakimiyyətdən kənarlaşdırmaq üçün yeganə yol qüvvədir", Ana Quintana, The Heritage Fondu.

Qarşı tərəf isə Venesueladakı humanitar böhranın ABŞ-ın təhlükəsizliyi üçün təhlükə yaratmadığını deyir.

ABŞ təhlükəsizlik müşaviri Con Boltonun dəftərindəki “Kolumbiyaya 5000 hərbçi” qeydi ABŞ qüvvələrinin Kolumbiya Venesuela sərhədinə göndərilə biləcəyi barədə şaiyələrə yol açıb.

“Venesuelaya humanitar yardım aparmaq və ya Quaydo hökümətini, Milli Assambleyanın üzvlərini qorumaq məqsədilə belə bir variantı təsəvvür etmək mümkündür", Evan Ellis, ABŞ Ordu Müharibə Koleci, professor.

Lakin hətta dar missiyalı əməliyyat yaxşı təchiz olunmuş Venesuela ordusuna qarşı uzanan bir qarşıdurmaya səbəb ola bilər və Maduroya həm ölkəsində, həm də bölgədə dəstəyi alovlandıra bilər.

“Ağ Evin məqsədi göründüyü kimi Venesueladaki rejimi dəyişməkdirsə, o bu addımların Venesuelada və regionda ABŞ-a qarşı əks-reaksiyaya səbəb ola biləcəyindən narahat olmalıdır”, Aleksandr Meyn, Satın Amerikası üzrə təhlilçi.

Kanada və ABŞ-ın Latın Amerikasındakı müttəfiqləri də Venesuelada hərbi qüvvələrin istifadəsinə ehtiyatla yanaşmağı tövsiyə ediblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG