ABŞ-ın vitse-prezidenti Kamala Harris Cənub-şərqi Asiyaya qısa səfəri çərçivəsində bazar günü Sinqapura gedib.
Harris ictimai vəzifələrini bazar ertəsi həyata keçirməyə başlayacaq. O, Sinqapur Prezidenti Həlimə Yakobla danışacaq, Sinqapurun baş naziri Li Hsien Lunqla ikitərəfli görüş keçirəcək.
Harris səfərinin ilk dayanacağı olaraq regional maliyyə mərkəzini və daha sonra Çangi Dəniz Bazasında ziyarət edəcək və orada USS Tulsa gəmisində ABŞ dənizçiləri ilə söhbət edəcək.
Harris çərşənbə axşamı Vyetnama səfər edəcək və beləcə Hanoya səfər edən ilk ABŞ vitse-prezidenti olacaq. Vaşinqton Çinin artan qlobal nüfuzunun qarşısını almaq üçün beynəlxalq dəstəyi artırmağa çalışır.
Harris həm sinqapurlu həm də vyetnamlı rəsmilərlə təhlükəsizlik, iqlim dəyişikliyi, pandemiya və “qaydalara əsaslanan beynəlxalq nizamı təşviq etmək üçün birgə səyləri” müzakirə edəcək, deyə sözçü Simon Sanders bildirib.
Harrisin səfərindən öncə müdafiə naziri Lloyd Austin iyul ayının sonunda bu iki ölkəyə, eləcə də Filippinə səfər etmişdi, dövlət katibi Antoni Blinken isə avqustun 4-də 10 üzvlük Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) virtual sammitində iştirak edib.
Ekspertlər deyir ki, belə görünür, onun səfəri Bayden administrasiyasının Çinlə 660 milyon əhalisi olan bir mühüm regionda nüfuz üzərində rəqabət aparmaq səylərinin davamıdır.
Xarici Siyasət Araşdırmaları İnstitutu tədqiqat təşkilatının iyun ayında dərc olunan araşdırmasına bildirilir ki, cənub-şərqi Asiya ölkələri uzun zamandır ABŞ-ın onların “təhlükəsizliyi”ndəki roluna dəyər verirlər.
Vaşinqton əraziyə vaxtaşırı döyüş gəmiləri göndərir, silah satır və qoşunlara təlim keçməyə yardım edir.
Lakin araşdırmada bildirilir ki, 10 üzvlük Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası açıq şəkildə hər hansı kənar qüvvənin tərəfini tutmağa qarşıdır.