Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Hudeydədə durumu Yəmən rəsmiləri və Husilərlə müzakirə edir


Arxiv fotosu - ABŞ-ın xüsusi nümayəndəsi Martin Qriffits Yəmən paytaxtı Sənaya yetişib, 2 iyul, 2018.
Arxiv fotosu - ABŞ-ın xüsusi nümayəndəsi Martin Qriffits Yəmən paytaxtı Sənaya yetişib, 2 iyul, 2018.

ABŞ-ın xüsusi nümayəndəsi Martin Qriffits Hudeyda limanı ətrafında və şəhərin özü ilə bağlı “mürəkkəb durum”u müzakirə etmək üçün Yəmən paytaxtı Sənadadır.

Husi üsyançları onların lideri Əbdül Məlik Əl-Husinin Qriffitslə görüşdüyünü bildirib. Onların Yəmənin beynəlxaq ictimaiyyət tərəfindən tanınan hökuməti ilə dekabr ayında danışıqlar zamanı əldə edilmiş sülh razılaşmalarının həyata keçirilməsi məsələsinin müzakirə etdiyi bildirilir.

Arxiv fotosu – Yəmən hökumət qüvvələri və Husi döyüşçüləri arasında hərbi toqquşmalar nəticəsində Hudeydə şəhərində dağıntılar, 18 noyabr, 2018.
Arxiv fotosu – Yəmən hökumət qüvvələri və Husi döyüşçüləri arasında hərbi toqquşmalar nəticəsində Hudeydə şəhərində dağıntılar, 18 noyabr, 2018.

Dekabr ayında İsveçdə keçirilən danışıqlar zamanı tərəflər Hudeydada atəşkəs və minlərlə müharibə əsirinin mübadiləsi də daxil olmaqla etibar yaradılması məqsədi ilə bir sıra tədbirlirin həyata keçirilməsi haqda razılıq əldə etmişdi. Lakin bu razılaşmaların həyata keçirilməsi prosesi ləng getməklə yanaşı, zorakılıqlarla müşayiət edilir.

Ərəb dünyasının ən yoxsul ölkəsi olan Yəmən İran tərəfindən dəstəklənən şiə qruplaşması olan Husi üsyançılarının paytaxt Sənanı 2014-cü ildə ələ keçirməsindən sonra vətəndaş müharibəsinə sürüklənib. Bundan bir il sonra Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya münaqişəyə müdaxilə edib.

Arxiv fotosu - Hudeydə şəhərindən məcburi köçkünlər ərzaq yardımı alır, 25 sentyabr, 2018.
Arxiv fotosu - Hudeydə şəhərindən məcburi köçkünlər ərzaq yardımı alır, 25 sentyabr, 2018.

Müharibə ölkə iqtisadiyyatının çökməsi və əhalinin yarıdan çoxunun humanitar yardımdan asılı vəziyyətə düşməsinə gətirib çıxarıb.

Yəməndə münaqişə nəticəsində on minlərlə insan həyatını itirib. Ölkədə milyonlarla insan aclıq fəlakəti qarşısındadır. BMT ölkədəki vəziyyəti dünyada ən pis humanitar böhranlardan biri adlandırır.


Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG