Accessibility links

Robert Müllerin hesabatı hələ də açıqlanmayıb


ABŞ-ın xüsusi təhqiqatçısı Robert Müllerin hesabatı hələ də açıqlanmayıb. Demokratlar Rusiyanın 2016-cı il Amerikanın prezident seçkilərinə müdaxiləsinə dair 300 səhifəlik hesabatın açıqlanmasını bir daha tələb edib.

"Bizə hesabatı göstərin. Bizim sizin interpretasiyanıza ehtiyacımız yoxdur. Biz faktları görməliyik. Biz baş prokurorun interpretasiyasını deyil, hesabatı görməliyik" - deyə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tələb edib.

Baş prokuror isə Müllerin hesabatından cəmi 65 sitat gətirib.

ABŞ-ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

Barr Trampın kampaniyasının seçkinin Trampın xeyrinə nəticələnməsi məqsədilə Rusiya ilə əməkdaşlıq etdiyinə dair ittihamları təhqiq edən və 22 aydır davam edən istintaqın xülasəsini ictimaiyyətə təqdim edib.

Barr yekun hesabatını bazar günü Konqresə göndərib və ictimaiyyətə açıqlayıb. Müller hesabatını Ədliyyə Nazirliyinə cümə günü təqdim edib.

Barrın bildirdiyinə görə, Müller Trampın ədaləti əngəlləyib-əngəllmədəyinə dair heç bir nəticə çıxarmayıb və bu məsələni Barrla baş prokurorun müavini Rod Rozenstinə həvalə edib.

O, Müllerin hesabatında Trampın tamamilə təmizə çıxdığını təsdiqləmədiyini desə də, Tramp bazar günü Floridadan Vaşinqtona dönmək üçün Air Force One təyyarəsinə minmədən öncə “tamamilə bəraət qazandığını”söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG