Accessibility links

ABŞ-ın iqlim elçisi Yaponiyada emissiyanı azaltmaq səylərini müzakirə edib


ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin Yaponiyanın ən yüksək diplomatı ilə görüşü
ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin Yaponiyanın ən yüksək diplomatı ilə görüşü

ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri çərşənbə axşamı Tokioda BMT-nin noyabr ayında keçiriləcək konfransı ərəfəsində iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək üçün Yaponiyanın ən yüksək diplomatı ilə görüşüb.

Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi başda Çin olmaqla digər böyük karbon emissiyasına malik ölkələrlə əməkdaşlıq etməyin əhəmiyyətli olduğunu vurğulayıb.

"Çin dünyanın ən böyük karbon emissiyasına sahibdir və eyni zamanda dünyanın ikinci ən böyük iqtisadiyyati gücüdür. Çini öz yerinə uyğun olaraq məsuliyyətini qətiyyətlə yerinə yetirməyə təşviq etməyimiz son dərəcə vacibdir", deyə Motegi görüşdən sonra jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, Yaponiya və ABŞ-ın noyabrın sonunda Qlazqoda keçiriləcək və COP26 adı ilə tanınan BMT konfransında qlobal dekarbonizasiya səylərinə rəhbərlik edəcəyinə ümid edir.

Hazırda ABŞ dünyanın ikinci ən böyük karbon emissiyasına sahib ölkəsidir. Yaponiya isə beşinci yerdədir.

Kerrinin baş nazir Yoşihide Suqa, ətraf mühit naziri Şinjiro Koizumi, habelə iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşi Kajiyama ilə də görüşü planlaşdırılıb.

Kerri Yaponiyaya bazar ertəsi çatıb və görüşlərdən sonra çərşənbə axşamı Çinə yola düşəcək. Bu, onun Bayden administarsiyası dövründə Çinə ikinci səfəri olacaq.

Kerri qlobal liderləri birlikdə işləməyə və artmaqda olan qlobal temperaturun 1,5 dərəcədən çox qalxmamasına səbəb olmaq üçün lazım olan tədbirləri sürətləndirməyə çağırır.

O, Çini ABŞ kimi karbon emissiyalarını azaltmağa çağırır.

Bir çox dünya ölkələri 2050-ci ilə qədər karbon yanacağıdan istifadəni ləğv etmək öhdəliyi götürüb. Yaponiya 2050-ci ilə qədər karbon emissiyasını əvvəlcə 26 faiz azaltmağı planlaşdırsa da, indi hədəf 46 faizdir. Çində karbon neytrallığı hədəfini 2060-cı ilə müəyyən edib.

Suqa bildirib ki, Yapnoniya Aİ ilə bir sırada olmaq üçün hədəfi 50 faizə çatdırmağa çalışacaq.

Bu hədəfə çatmaq üçün Yaponiyanın Ətraf Mühit Nazirliyi bərpa olunan enerjini və karbondan təmizləmə proqramlarını təşviq etmək üçün əhəmiyyətli bir büdcə artımı istəyir. Ticarət və Sənaye Nazirliyi 2022 -ci il üçün büdcə layihəsinə əsasən, elektrikli avtomobillərin və külək enerjisi istehsalının təşviqi üçün böyük subsidiyalardan istifadə etməyi planlaşdırır.

XS
SM
MD
LG