Accessibility links

ABŞ-ın Yaxın Şərqə sadiqliyi "möhkəm və şübhəsizdir"


“Açıq danışaq: Amerikanın Yaxın Şərqdə təhlükəsizliyə sadiqliyi möhkəm və şübhəsizdir” – deyə, ABŞ müdafiə naziri Lloyd Austin şənbə günü Bəhreyndə Manama Dialoqu zamanı söyləyib.

Regiondakı rəsmilər ABŞ-ın regionla bağlı öhdəliyindən narahatdırlar, xüsusilə də Birləşmiş Ştatlar İranla nüvə razılığı əldə etməyə çalışdığı və Əfqanıstandan dramatik bir şəkildə geri çəkildiyi bir vaxt.

“Lakin İranın son aylardakı fəaliyyətləri ürəkaçan deyil, xüsusilə də nüvə proqramını genişləndirməsi,” Austin əlavə edib.

Lakin müdafiə naziri həmçinin deyib ki, “dostlar və düşmənlər” ABŞ-ın imkanlarından xəbərdardır.

Austin həmçinin vurğulayıb ki, ABŞ çox güman ki, diplomatik həll yolu axtaracaq, çünki Bayden administrasiyasında diplomatiya “ilk əl atılan vasitədir.”

Keçmiş ABŞ Prezidenti Dvayt Eyzenhauerdən sitat gətirən Austin deyib ki, “təkcə silahlar dünyanı daimi sülhlə təmin edə bilməz.”

XS
SM
MD
LG