ABŞ-ın üç aydan bir dərc olunan yeni hesabatında 2021-ci ilin birinci rübündə Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrinə "daxili hücumların" 82% artdığı, hücumlar nəticəsində 115 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilib.
Əfqanıstanın Yenidənqurma Üzrə Xüsusi Baş Müfəttişliyi (SIGAR) cümə axşamı ABŞ Konqresinə bildirib ki, Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri (ANDSF) arasında itkilər keçən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəkdir.
Əfqanıstandakı ABŞ qüvvələri Əfqanıstan hökumətinin istəyi ilə məlumatları gizli saxladığı üçün Əfqanıstanın Yenidənqurma Üzrə Xüsusi Baş Müfəttişliyinə Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri arasındakı itkilər barədə bütün məlumatları verməsinə icazə verilmir.
Hesabatda yanvar ayının 1-dən aprel ayının 1-dək Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrində 31 dəfə daxili hücumun həyata keçirildiyi və itkilərin sayının 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox olduğu qeyd edilib.
Bu daxili hücumların əksəriyyətinin arxasında özünü Əfqanıstan polisi və ya hərbi heyət kimi təqdim edən Taliban üsyançıları dayanır.
Əfqanıstanın Yenidənqurma Üzrə Xüsusi Baş Müfəttişliyi rüblük hesabatını şənbə günündən etibarən 2500-ə yaxın ABŞ əsgərin Əfqanıstandan çıxmağa hazırlaşdığı bir vaxt açıqlayıb. ABŞ ordusunun ölkədən çıxarılması və Amerikanın ən uzun müharibəsinə son qoyulması sentyabrın 11-dək başa çatmalıdır.
Əfqanıstanın Yenidənqurma Üzrə Xüsusi Baş Müfəttişliyinin bildirdiyinə görə, ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda keçirilən əməliyyatları dəstəkləyən təxminən 17000 podratçı heyəti də Amerika qoşunları ilə birlikdə ölkədən çıxacaq. Müfəttişlik bunlara 6147 ABŞ vətəndaşı, 6399 üçüncü ölkə vətəndaşı və 4286 Əfqanıstan vətəndaşının daxil olduğunu bildirib.
Müfəttişlik podratçı heyətini kimin əvəz edəcəyini və ya geri çəkildikdən sonra onların işlərini kimin yerinə yetirəcəyinin məlum olmadığını qeyd edib.
“Daimi podratçı yardımı olmadan bir neçə aydan sonra Əfqanıstanın hava qüvvələrinin heç bir təyyarəsi döyüşlərə yararlı olmayacaq. Bu, ölkədəki ehtiyat hissələrinin asılıdır. Podratçı dəstəyi olmadan heç bir təyyarənin texniki xidməti mümkün olmayacaq“ - deyə, SİGAR ABŞ-ın hərbi dəyərləndirmələrinə istinadən bildirib.