Accessibility links

ABŞ-ın yeni səfiri Azərbaycana gəlib


ABŞ-ın yeni səfiri Azərbaycana gəlib
please wait

No media source currently available

0:00 0:00:56 0:00

Li Litzenberger səlahiyyətlərinin icrasına başladığını bildirib

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger martın 7-də yerli vaxtla saat 21 radələrində Bakıya gəlib.

Səfir Litzenberger Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur.

“Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm,” Li Litzenberger qeyd edib.

ABŞ səfiri Li Litzenberger
ABŞ səfiri Li Litzenberger

Martın 6-da ABŞ-ın Azərbaycandakı Səfirliyi yeni səfirin video mesajını yayıb.

Li Litzenberger diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.

"ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır. Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq mən ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacam. Bizim ölkələrin insanları arasında olan əlaqələr güclüdür və müxtəlif insanlarla görüşüb onların fikirlərini dinləmək niyyətindəyəm,” Litzenberger video mesajında bildirib.

ABŞ Senatı yanvarın 2-də Li Litzenbergeri Azərbaycanda yeni səfir kimi təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.

Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.

XS
SM
MD
LG