Accessibility links

ABŞ-ın yeni sanksiyaları İranın ali ruhanisini hədəf alır


ABŞ-ın yeni sanksiyaları İranın ali ruhanisini hədəf alır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumdan vaz keçəndən sonra İran rəhbərliyini hədəf alan yeni sanksiyalar imzalayıb. ABŞ rəsmiləri deyir ki, administrasiya İranla gərginliyə son qoymaq üçün şərt qoyulmadan danışıqlar aparmağa razıdır. Tehran isə ABŞ sanksiyaları qaldırsa, danışıq aparmağa hazır olduğuna işarə edib.

ABŞ prezidenti Donald Tramp ötən il 2015-ci ildə əldə olunan nüvə razılığından geri çəkiləndən bəri İran iqtisadiyyatı dəfələrlə sanksiyalara məruz qalıb.

Biz onlar istədiyi halda razılıq üçün danışıqlar aparmağa hazırıq.
Donald Tramp

İndi də əlavə sanksiyalar tətbiq olunacaq.

“Mənim indi imzalayacağım sərəncam vasitəsilə tətbiq olunacaq sanksiyalar ali ruhani və ali ruhaninin ofisi və onunla yaxın əlaqəsi olan insanların vacib maliyyə resursları və dəstəyə çıxışının qarşısını alacaq”, Donald Tramp söyləyib.

Tramp bazar ertəsi ABŞ-ın İran kəşfiyyatının istifadə etdiyi kompyuterlərinə kiber hücumlar etdiyinə dair xəbərlərdən sonra yeni sanksiyalar tətbiq edib.

Tehran bu hücumları beynəlxalq qanunun pozuntusu adlandırıb və yeni sanksiyalara əhəmiyyət verməyib.

“Amerikanın son 40 ildə bizə tətbiq etmədiyi sanksiya qalıbmı? Onlar bundan nə isə qazanıbmı? – deyə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səyid Abbas Musəvi bildirib.

Administrasiyanın sanksiyaları İranın ali dini rəhbəri Ayətullah Xameneini hədəf alıb. Onlar rejimin düşmən davranışına görə onu günahlanıdırıb. Lakin bəzi müşahidəçilər sanksiyaların effektivliliyini sual edir və Xameneinin Amerika yurisdiksiyasına aid maliyyə vasitələrindən istifadə etmək ehtimalının olmadığını düşünür.

“Sanksiyaların simovlik olduğunu söylən insanlar, bu belə deyil. Biz on milyardlarla dollar tutmuşuq. Bu sanksiyalara insanların pullarını gizlətdikləri yeni yerlər daxil olacaq. Ona görə də bu sanksiyalar çox effektivdir”, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirir.

İranın ali ruhanisi Ayətullah Əli Xamenei
İranın ali ruhanisi Ayətullah Əli Xamenei

Seçki zamanı “bitməyən müharibələr” üzərində kampaniya aparan Tramp ötən həftə Amerika dronunu vurduğuna görə İrana qarşı hücumu təxirə salıb.

“Biz onlar istədiyi halda razılıq üçün danışıqlar aparmağa hazırıq”, ABŞ prezidenti Donald Tramp bildirib.

Bu arada isə ABŞ-ın dövlət katibi Mayk Pompeo Tehrana qarşı ittifaq qurmaq üçün regiondakı müttəfiqlərlə, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə görüşür. O deyib ki, ABŞ artan gərginliyə son qoymaq üçün Tehranla şərtsiz danışıq aparmağa hazırdır.

İran rəsmiləri isə ABŞ sanksiyaları qaldırdığı təqdirdə danışıq aparmağa hazır olduğuna işarə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG