Accessibility links

Bu gün amerikalılar Şükran bayramını qeyd edir


Bu gün amerikalılar Şükran bayramını qeyd edir. Adətən milyonlarla insan Şükran bayramını nahar ziyafəti ilə qeyd eir. Şükran günündə amerikalılar bir ənənə olaraq hind quşu qızardır, şirniyyatlar bişirir, futbol matçına baxır, ailələri və yaxınları ilə birlikdə vaxt keçirir.

Şükran bayramını qohumları və dostları ilə birlikdə qeyd etmək üçün milyonlarla amerikalı səfərə çıxır. Lakin bu il vəziyyət başqadır. Dünyanın hər yerində olduğu kimi Amerikada da pandemiya sürətlə artmaqda davam edir.

Ölkənin qabaqcıl həkimlərinin və Xəstəliklərə Nəzarət Mərkəzinin evdə qalma xəbərdarlığına və bir çox ştat rəsmilərinin virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoymalarına baxmayaraq, bəzi insanlar yaxınları ilə vaxt keçirmək üçün hava limanlarına, qatar stansiyalarına üz tutub. Rəsmilər Şükran bayramı səyahətinə çıxan insanların daha çox yoluxacağından narahatdır.

Amerikada ilk dəfə Şükran bayramı 1621-ci ildə bu ölkəyə gələn ilk mühacirlərin Şimali Amerikada sərt qışdan sonra yetişdirdikləri məhsulun bayram edilməsi olub. Bundan bir əsr sonra, 1789-cu ildə Amerikanın ilk prezidenti Corc Vaşinqton bayramın rəsmiləşdirilməsi barədə qanun imzalayıb.

Nəhəng şarlarla müşayiət olunan Macy’s Şükran Paradı bayramın əsas ənənəvi tədbirlərindən biri sayılır. Hər il Nyu-York şəhərində keçirilən təmtəraqlı Şükran paradını milyonlarla amerikalı izləyir.

Bayram ərəfəsində azgəlirli ailələrə Şükran yeməkləri ilə yardım edilir. Şükran süfrəsi üçün ərzaq anbarlarından həmin ailələrə ərzaq yardımı paylanır. Ərzaq anbarları mağazalar şəbəkəsi də daxil olmaqla, pul və qida şəklində ianələr əsasında fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG