Accessibility links

ABŞ şəhərlərində asiyalı amerikalılara qarşı nifrət cinayətləri 150 faiz artıb


Ötən il ABŞ-ın böyük şəhərlərində asiyalı amerikalılara qarşı nifrət hücumları artıb, baxmayaraq ki, ümumilikdə nifrət zəminində cinayətlərin nisbəti azalıb.

Ekspertlərin dediyinə görə, bu trend bu il də davam edir.

2020-ci ildə ölkənin ən böyük şəhərlərindən 16-da asiyalı amerikalılara qarşı 122 insident qeydə alınıb. Kaliforniya Ştat Universitetinin Nifrət və Ekstremizm Araşdırmaları Mərkəzinin topladığı və Amerikanın Səsi ilə paylaşdığı məlumata əsasən, bu isə öncəki illə müqaiyəsədə 150 faiz artım deməkdir.

Asiyalı amerikalıların haqları müdafiəçiləri hücumlarda görünməmiş artımı ABŞ-n keçmiş prezidenti Donald Trampın koronavirusa görə Çini günahlandıran ritorikası və pandemiyanın iqtisadi və sosial təsirlərinə görə qəzəblənən adi insanların asiyalı-amerikalıları “günah keçisi” olaraq görmələri ilə əlaqələndirir.

Düşünürəm ki, Trampın siyasi rəhbərliyi çinli olaraq görülən insanları hədəf göstərdi. Bu sinofobiyadır,” Nyu York Asiyalı Amerikalıların Bar Assosiasiyasının idarə heyətinin üzvü Kris Kvok bildirib.

Asiyalılara qarşı nifrət cinayətlərin ən böyük artım Nyu York şəhərində qeydə alınıb. Nyu York Amerikanın ən böyük asiyalı əhalisi olan şəhərdir ki, orada polis asiyalı amerikalı qurbanlara qarşı rekord 28 insidenti araşdırıblar. Bu isə 2019-cu illə müqayisədə doqquz qat artım deməkdir.

Bundan əlavə dörd başqa şəhərdə də asiyalılara qarşı nifrət cinayətlərində böyük artımlar müşahidə olunub. Belə ki, Filadelfiya və Klivlenddə altı, San Hosedə 10, Los Ancelesdə isə 15 insident qeydə alınıb. Müqayisədə 2019-cu ildə həmin şəhərlərdə müvafiq olaraq 2, 4 və 7 insident baş verib.

Federal Təhqiqat Bürosu (FBI) nifrət cinayətini irq, din, cinsi oriyentasiya və başqa səbəblərə görə törədilər cinayət olaraq təsnif edir. Bu cinayətlərə hücum və vandalism daxildir.

FBI hər ilin noyabr ayında bir öncəki illə bağlı ilik nifrt cinayəti məlumatlarını dərc edir. Bu isə o deməkdir ki, bir sıra polis idarələrinin paylaşdığı məlumatlar ötən il baş verən nifrə cinayətlərinin yalnız bir qismini əks etdirir.

Levin isə deyir ki, bu çox az sayda məlumatlar onu göstərir ki, “2020-ci ilin bu əsr asiyalılara qarşı ən pis il olacağı gözlənilir.”

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG