Accessibility links

ABŞ şəhərlərində "Qadınlar Marşı" keçiriləcək


Şənbə günü Birləşmiş Ştatların bir çox şəhərində "Qadınlar Marşı" keçiriləcək. Təşkilatçılar ümid edir ki, pandemiyaya baxayaraq yürüşə minlərlə insan qatılacaq.

Vaşinqton şəhərindəki yürüşün təşkilatçıları diqqəti bir çox sol yönümlü siyasi məsələlərə yönəldiblər. Buna amerikalıları səs verərək prezident Donald Trampı vəzifədən göndərməyə və mühafizəkar hakim Emi Koni Barretin Ali Məhkəməyə namizədliyinə etiraz etməklə bağlı çağırışlar daxildir.

Təşkilatçılar Freedom Plazada gündüz saatlarında keçiriləcək etirazda 6,000 ilə 10,000 nəfərin iştirak edəcəyini gözləyir. Bundan sonra onlar Ali Məhkəməyə doğru yürüş edəcəklər.

Bundan əlavə şənbə günü Ali Məhkəmənin önüncə mühafizəkar qadınlar qrupu da əks-etiraz aksiyası keçirəcək. Müstəqil Qadınlar Forumu Barretin namizədliyin təsdiq olunmasına dəstək məqsədilə “Mən Onu Dəstəkləyirəm” adlı aksiya keçirməyi planlaşdırır.

"Qadınlar Marşı"nın təşkilatçıları pandemiya səbəbilə iştirakçılara maska taxmağı və sosial məsafəni qorumağı tövsiyyə etdiklərini bildirib. Onlar həmçinin koronavirusun qaynaq nöqtələrində yaşayan insanları yürüşdə iştirak etməməyə və ölkə boyu insanları uzun məsafələrə səyahət etmək əvəzinə yerli yürüşlərdə iştirak etməyə çağırdıqlarını deyib.

Şənbə günü ölkə boyu yüzlərlə kiçik miqayaslı yürüş və tədbirlərin keçiriləcəyi gözlənilir. Onların bəziləri pandemiya səbəbilə virtual olaraq və ya maşın karvanı vasitəsilə keçiriləcək.

Yürüş Senat Respublikaçıları gələn həftə Barretin namizədliyi üzərində səs vermə keçirməyi planlaşdırdığı bir vaxta təsadüf edir. Barretin namizədliyi təsdiq olunsa onunla birlikdə mühafizəkar hakimlər 6-3 səs fərqi ilə Ali Məhkəmədə üstünlüyə sahib olacaqlar. Demokratlar Barretin qadınların abort hüququ ilə təmin edən Roe v. Wade qərarını ləğv edəcəyindən narahatdırlar.

Qadınların ilk marşı 2017-ci ildə milyonlarla qadın Trampın inaqurasiyasına etiraz məqsədilə yürüş etdiyi zaman keçirilib. Ondan sonrakı yürüşlərdə diqqət yerli, ştat və ölkə səviyyəsindəki vəzifələrə daha çox qadınların seçilməsinə yönəlib.

XS
SM
MD
LG