Accessibility links

ABŞ Şimal Komandanlığı səthə çıxan sualtı qayığı "yaxından izlədiyini" xəbər verir


ABŞ-ın Şimal Komandanlığı və Şimali Amerika Aerokosmik Müdafiə (NORAD) Komandanlığı 27 avqustda tarixində Alyaska yaxınlığında su səthinə çıxan bir rus sualtı qayığını yaxından izlədiyini xəbər verir.

ABŞ-ın Şimali Komandanlığı Twitter səhifəsində yazır ki, "biz cavabdehlik daşıdığımız sularda xarici hərbi gəmiləri yaxından izləyirik".

Sualtı qayığın adı çəkilən bölgədə nə üçün su səthinə çıxdığı bəlli deyil. ABŞ-ın Şimal Komandanlığı bildirir ki, Rusiya Hərbi Dəniz Qüvvələrindən eləcə də bölgədə olan digər dəniz donanmalarından dəstəklə əlaqədar hər hansı bir çağırış daxil olmayıb.

Komandanlıq öz tvitində yazıb ki, "biz hər zaman ehtiyacı olanlara dəstək verməyə hazırıq. "Rusların dəniz fəaliyyətləri" ABŞ-ın nəzarətindən kənarda olan beynəlxalq sularda baş verir".

ABŞ hərbi rəsmiləri Associated Press-ə bildirb ki, sualtı qayıq hərbi təlimlər zamanı su səthinə çıxıb.

ABŞ-ın Sahil Mühafizə Xidməti bildirir ki, Rusiyaya məxsus hərbi sualtı qayığın ərazidə su səthinə çıxması Berinq dənizində ABŞ-a məxsus ticarət gəmilərinin hərəkətinə mane olub.

Bir neçə balıqçı gəmisi Sahil Mühafizə Xidmətinə Rusiya gəmilərinə rast gəldiklərini və bundan narahat olduqları barədə məlumat verib. Bu barədə Sahil Mühafizə Xidmətinin sözçüsü Kip Vadlov AP-ə bildirib.

O bildirib ki, Sahil Mühafizə Xidməti Alyaskada yerləşən Elmendorf-Richardson hərbi bazası ilə saxlayıb və sualtı qayığın Rusiyanın əvvəlcədən planlaşdırılan hərbi təlimlərinin bir hissəsi olduğunu təsdiqləyib.

Lakin Vadlov təlimlərin həcmi və neçə Rusiya gəmisinin iştirak etdiyi barədə məlumat verməyib.

XS
SM
MD
LG