Prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında Sinqapurda tarixi zirvə görüşü baş tutdu. Sammit Tramp və Kimin hər iki ölkənin Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində işləmək üçün təəhhüdlərini əks etdirən sənədin imzalanması ilə nəticələndi. Lakin prosesin detalları hələlik məlum deyil. Tramp xarici siyasət sahəsində bu ən mühüm addımı atmaqla bu ilin noyabr ayında Konqresə ara seçkilərdə siyasi nüfuzunun artacağına ümid edir.
Tarixi əl sıxması ilə başlayıb sənədin imzalanmasına qədər Donald Tramp və Kim Conq un iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı.
ABŞ prezidenti Donald Tramp:
“Bu insanlarda böyük təəssürat yaradacaq, onlar bundan razı qalacaqlar və biz dünyada ən böyük və təhlükəli problemi həll edəcəyik.”
Bu, Trampın dünya səhnəsində ən mühüm uğuru hesab edilir. Tramp Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Sasterenlə müsahibədə bu imkandan istifadə etmək istədiyini deyib.
“Biz çox yaxşı dil tapdıq. Yaxşı münasibət qura bildik. Siz mənim buna münasibətimi bilirsiniz. Bu, çox mühümdür. Onu demək istəyirəm ki, mən adamlar tanıyaram ki, bu onlarda yoxdur. Nə edirsiniz edin, sadəcə yoxdur. Biz əvvəlcədən yaxşı vaxt keçirdik. Bu barədə danışdıq və mənim fikrimcə, Şimali Koreyada yaxşı işlər baş verəcək.”
Şimali Koreya nüvəsizləşdirmə istiqamətində işləməyə söz verib, ABŞ isə təhlükəsizlik qarantiyaları və Cənubi Koreya il hərbi təlimləri dayandırmağı təklif edib.
Bəzi təhlilçilərin fikrincə, sammit simvollar baxımından güclü olsa da mahiyyət baxımından bunu demək çətindir.
Təhlilçisi Kayl Ferrier: “Hər iki tərəf üçün bu, həqitətən də görüşmək, bir-birini tanımaq və bir növ gələcək danışıqlar üçün yol açmaq xarakteri daşıyırdı.”
Şimali Koreya ilə sammit Kanadada prezident Tramp və Kanadanın baş naziri Castin Trudo arasında ticarət və tarif məsələlərində mübasənin düşdüyü Böyük Yeddilərin zirvə görüşündən sonra keçirilib.
Kanadanın baş naziri Castin Trudo: “Çünki kanadalılar kimi biz nəzakətliyik, düşüncüləyik, amma bizi itələmək olmaz.”
Trampın dünya səhnəsində bəzən aqressiv və gözlənilməz hərəkətləri onun seçki kampaniyası zamanı verdiyi vədlərdən qaynaqlanır.
Təhlilçi Kayl Ferrier: “Fikrimcə, Trampın xarici siyasət sahəsində gördüyü işlərin çoxu pozucu xarakter daşıyır və bu da onun kampaniya platforması idi. O, status kvo sevmir və bunların çoxu Trampın seçki elektoratını cəlb edəcək.”
Tramp belə görünür, Şimali Koreya sammitinin ona ölkə daxilində siyasi impuls verəcəyini və onun çox aşağı reytinqlərini artıracağını gözləyir.
Frank Nyuport: “Donald Trampın sorğuya görə reytinq göstəriciləri düzəlməyə başlayır. Onun göstəriciləri uzun müddətdir 39 və 40 faiz arasında idir. Lakin son həftələr bizim keçirdiyimiz Gallup sorğusuna görə, reytinqlər və 42 faizə çatıb və bu yaxınlarda bir həftə göstərici hətta 43 faiz olmuşdu.”
Trampın sammiti böyük siyasi nailiyyət kimi qiymətləndirəcəyi gözlənilir.
Lakin hələlik bunun noyabrda ara seçkilərdə ciddi rəqabətlə qarşılaşacaq respublikaçılara nə dərəcədə kömək edəcəyi aydın deyi.
Con Fortier: “Fikrimcə, prezident həmişə ara seçkilərdə mərkəzi fiqurdur. Onun adı seçki bülletenində olmasa da, partiyadan kənarda əleyhinə səs verilən fiqur da odur. Donald Trampa isə Demokratların tərəfində böyük müxalifət var və bu da müşahidə etdiyimiz coşqu və iştirakdan görünür.”
Sinqapur görüşündə mahiyyət baxımından nə əldə edildiyi ilə bağlı suallar mövcud olsa da, Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılmasının nailiyyət kimi necə təqdim edilməsi indi Trampın özündən asılıdır.