Accessibility links

ABŞ Şimali Koreyanı təxribatlara son qoymağa çağırır


Birləşmiş Ştatlar çərşənbə günü Şimali Koreyaya xəbərdarlıq edib ki, ballistik raket sınaqları Vaşinqtonla razılığa “qapıları bağlamaq” riski yaradır.

“Bu balistik raketlər uzun və ya qısamənzilli olmalarına baxmayaraq, regional sabitliyə və təhlükəsizliyə xələl gətirir və açıq-aydın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, ABŞ-ın BMT-dəki nümayəndəsi Kelli Kraft Təhlükəsilik Şurasının Şimali Koreyanın nüvə silahlarını yayma səyləri ilə bağlı iclasında bildirib.

Kraft Pxenyanı Vaşinqtonla qarşıdurmanı qızışdırmamağa çağırıb və Pxenyanın ilin sonuna tətbqi etdiyi son möhlətə əhəmiyyət verməyib.

“İcazə verin aydınlıq gətirim: Birləşmiş Ştatların və Təhlükəsizlik Şurasının məqsədi var, son möhlət tarixi deyil,” Kraft deyib.

Şimali Koreyanın raket sınağı
Şimali Koreyanın raket sınağı

Pxenyanın Vaşinqtona qarşı son zamanlar səbri tükənib və son iki həftədə Vaşinqtona tədbir görməsi üçün ilin sonunadək zaman verib, əks təqdirdə "yeni yolda addımlar atacağına" dair xəbrdarlıq edib.

'Milad hədiyyəsi'

Ötən həftə Şimali Koreyanın ABŞ məsələləri üzrə vitse xarici işlər naziri Ri Tae Sonq xəbərdarlıq edib ki, onun hökümətinin Birləşmiş Ştatlar üçün “ Milad hədiyyəsi” olacaq və bu hədiyyənin “tamamilə ABŞ-dan asılı” olacağını bildirib.

“Raket və nüvə sınaqları Koreya Demokratik Xalq Respublikasını təhlükəsizliklə təmin etməyəcək, onlara və regiona sabitlik gətirməyəcək. Sınaqlar Şimali Koreyaya istədiyi iqtidai imkanları tanımayacaq”, Kraft deyib.

Kraft sınaqların Şimali Koreyanın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldıracaq və iqtisadi imtiyazlarla təmin edəcək razılıq əldə etmək üçün danışıqları çətinləşdircəyini bildirib. O, Şimali Koreyanı Birləşmiş Ştatlarla əməkdaşlığı üçün “çətin amma cəsur” qərar verməyə çağırıb və deyib ki, Vaşinqton nüvəzişlədirmə məsələsinin həlli ilə bağlı yanaşmasında daha “ çevik” olmağa hazırdır.

Çinin BMT-dəki nümayəndəsi Janq Cun
Çinin BMT-dəki nümayəndəsi Janq Cun

"Biz parallel olaraq irəliləməyə və bu razılıq yolunda konkret addımlar atmağa hazırıq. Amma Şimali Koreya yanlış istiqamətdə irəliləməyə davam etsə, hər kəs müvaviq addımlar atmağa hazır olmalıdır” , Kraft deyib.

Şimali Koreya bu il 13 balistik raket sınağı keçirib. Ölkə şənbə günü Çinlə sərhəddə “çox mühüm”adlandırdığı bir başqa sınaq keçirib.

Çinin BMT-dəki səfiri Janq Cun Vaşinqton və Pxenyanı dayandırılan danışıqları bərpa etmək üçün “çeviklik və xoş niyyət sərgiləməyə” və prosesin ‘geriləməsinin” qarşısını almağa çağırıb.

Çin və Rusiya etimadın gücləndirilməsi üçün BMT-nin Şimali Koreyaya tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsinə çağırıb.

XS
SM
MD
LG