Accessibility links

ABŞ: Şimali Koreyanın addımları nüvə hədəsinə son qoyulması ilə ziddiyyət təşkil edir


ABŞ-ın Cənubi Koreyadakı qüvvələrinin komandiri Konqress nümayəndələrinə Şimali Koreyanın ABŞ və onun müttəfiqlərinə hələ də nüvə təhlükəsi yaratdığını bildirib.

General Robert Abrams çərşənbə günü deyib ki, Pxenyanın nüvə silahı və raket istehsalı Şimali Koreya lideri Kim Cong Unun nüvəsizləşdirmə vədi ilə ziddiyyət təşkil edir.

O həmçinin ABŞ-ın Şimali Koreyanın hücumu barədə xəbərdarlıq almaq üçün kifayət qədər qabiliyyətinə malik olmadığını söyləyib.

"Gələcəyə baxsaq şərtlərin dəyişə biləcəyini görə bilərik, əgər onlar pisliyə doğru dəyişirlərsə, bizim mövqeyimiz bizə erkən xəbərdarlıq və göstəricilər vermək üçün kifayət deyil. Mən sizə qapalı görüşdə bu barədə daha çox məlumat verə bilərdim” - deyə, BMT qüvvələrinin komandanı general Robert Abrams bildirib.

Kim ötən iyun ayında Sinqapurda keçirilən zirvə görüşündə ABŞ prezidenti Donald Trampa Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində işləyəcəyini bildirib.

Bir ay əvvəl Hanoyda ikinci Tramp-Kim zirvəsi görüşü razılıqsız sona çatıb.

ABŞ iqtisadi sanksiyaların ləğvi müqabilində Şimali Koreyanın tədricən nüvəsizləşdirilməsinə qarşı olduğunu bildirib.

XS
SM
MD
LG