Accessibility links

ABŞ Şimali Koreyaya səyahət qadağasının müddətini uzadıb


ABŞ çərşənbə axşamı, avqust ayının 30-da amerikalılara Şimali Koreyaya səfərin təhlükəli olduğunu bildirərək, qadağanı daha bir ilə uzadıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ vətəndaşlarının xarici ölkələrdə təhlükəsizliyi ən yüksək prioritetlərdən biridir. "Şimali Koreya üçün səyahət xəbərdarlığı yerində qalır-Dövlət Departamenti ABŞ vətəndaşlarına Şimali Koreyaya səfər etməmək haqda xəbərdarlıq edir", deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Gələn ilin avqustun 31-ə qədər uzadılan səyahət qadağası, rəsmi Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı Pxenyanla danışıqların çətin dövrünə təsadüf edir.

Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp, iyun 2018
Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp, iyun 2018

Prezident Tramp iyun ayında Sinqapurda Şimali Koreya lideri Kim Con Unla keçirilən sammitin ardından Şimali Koreyanın artıq nüvə silahı proqramını sona çatdırmağa razı olduğunu və ölkənin “artıq nüvə təhlükəsi yaratmadığını” deyib.

Ancaq son günlərdə president Tramp Şimali Koreyanın nüvə arsenalını necə və nə zaman sökəcəyi ilə bağlı nüvə müzakirələrinin lənt tempindən narazı qalaraq, dövlət katibi Mayk Pompeonun növbəti danışıqlar üçün Pxenyana planlaşdırılan səfərini təxirə salmasını istəyib.

ABŞ Dövlət Katibi Mayk Pompeo
ABŞ Dövlət Katibi Mayk Pompeo

Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ qanununa əsasən Pompeo amerikalılara coğrafi səyahət məhdudiyyətlərini üç şərtlə tətbiq edə bilər: ölkə ABŞ ilə müharibə aparırsa, ölkə və ya regionda silahlı döyüşlər gedirsə, ya da "səyahət ediləcək ölkə və ya ərazidə ABŞ vətəndaşlarının sağlamlığı və ya fiziki təhlükəsizliyinə hədə" mövcud olduğu zaman.

​Dövlət Departamentinin rəsmisi bildirib ki, dövlət katibi Mayk Pompeo məhz üçüncü kriteriyanı əsas götürərək səyahət qadağasının vaxtını uzadıb.

XS
SM
MD
LG