Accessibility links

ABŞ Şimali Koreyaya təzyiqləri bərpa edir


Prezident Donald Tramp xəbərdalıq edib ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlarda irəliləyişin olmadığı təqdirdə, ABŞ Yaponiya və Cənubi Koreya ilə birgə hərbi təlimlərini hər an bərpa edə bilər və bu təlimlər “əvvəlkilərdən dəfələrlə böyük həcmdə” ola bilər.

Tramp ABŞ-Şimali Koreya münasibətlərindəki çətinliklərə görə Çini günahlandırır və Çinin Şimali Koreyaya malların əsas təchizatçısı kimi Şimali Koreya üzərində böyük nüfuza malik olduğunu bildirir.

"ABŞ-ın vəziyyəti çox yaxşıdır, lakin Çin çox çətin bir dövrdən keçir və bizim Şimali Koreya ilə olan münasibətimizi çətinləşdirir" - Tramp bildirib.

Tramp Çinin Şimali Koreyanı maliyyə və müxtəlif mallar daxil olmaqla böyük yardımlarla təmin etməsinin işə kömək etmədiyini bildirib.

Buna baxmayaraq, iyun ayında Kim Cong Unla görüş keçirən Donald Tramp Şimali Koreya ilə diplomatik irələliəyişə nail olmaq imkanının olduğunu deyib, çünki o, "Kim Cong Unla münasibətinin çox yaxşı olduğuna" inanır və "hal-hazırda Cənubi Koreya ilə birgə hərbi təlimlərə pul xərcləməyə heç bir səbəb" görmür.

Mətbuatda Çinin sərhəd zonasında qaçaqmalçılıq hallarının artdığına dair xəbərlərin yer almasına baxmayaraq, rəsmi Pekin Trampın Çinin Şimali Koreyaya qarşı sanksiyaların zəif tətbiqinə dair tənqidlərini rədd edir.

Çin və Şimali Koreya arasında əlaqələrin yaxşılaşmasından fərqli olaraq, Pekinin Vaşinqtonla mübahisəli ticarət müharibəsinə daxil olması Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi sahəsində əməkdaşlıq səylərinə xələl gətirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG