Accessibility links

ABŞ şirkətləri Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edir


Doqquz ABŞ şirkəti 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro) sərgisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ səfirliyinin birgə sponsorluq etdiyi pavilyonda öz məhsul və xidmətlərini təqdim edir.

ABŞ-ın Azərbaycandakı səfirliynin məlumatına görə, sərgidə ABŞ-ın Brandt, Soil Biotics, Trece, Grow More, DTN, Nelson & Pade, Inc., Valent BioSciences, Harvest Right, LLC və WCC International şirkətləri ziyanvericilərə nəzarət və monitorinq məhsulları, gübrə, torpaq əlavələri, havaya nəzarət qurğuları, balıqçılıq və akvaponik avadanlıq və materiallar, qurutma avadanlıqları, habelə idxal-ixrac xidmətlərini təklif edir.

Kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılışında çıxış edir
Kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılışında çıxış edir

“Caspian Agro sərgisindəki ABŞ pavilyonu ABŞ və yerli kənd təsərrüfatı şirkətləri arasında yeni biznes əlaqələrinin təşviqinə dair ABŞ hökumətinin səylərinin davamıdır. Belə ki, bu səylər sırasına aprel ayında Çikaqoda keçirilmiş ilk ABŞ-Azərbaycan kənd təsərrüfatı forumu, Azərbaycan fermerləri və kənd təsərrüfatı biznesləri üçün ABŞ-a bir neçə tanışlıq səfərləri, Azərbaycan hökumət nümayəndələri üçün səfərlər, habelə yerli sahibkarlar üçün kənd təsərrüfatı təlimləri daxildir. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər,” məlumatda qeyd edilir.

USAID və ABŞ səfirliyi 20 ilə yaxındır ki, Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlıq edir. Son beş ildə USAID ilə çalışan yerli kənd təsərrüfatı biznesləri 60 milyon ABŞ dolları həcmində ixracatlarını artırıb, habelə Avropa və Körfəz ölkələrində yüksək ödənişli bazarlara çıxıb. ABŞ və Azərbaycan biznesləri arasında əlaqələri təşviq etmək, daha çox ABŞ investisiyalarını cəlb etmək, və iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycan sahibkarlarının innovasiyalarını cəlb etmək məqsədilə USAID həm kənd təsərrüfatında, həm də digər sektorlarda hökumət və özəl sektorla tərəfdaşlığını genişləndirir.

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (“Caspian Agro 2019”) keçirilir. .

Sərgidə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət, eləcə də 11 milli və regional qrup iştirak edir. Sərgi eksponentlərinin 70 faizini xarici şirkətlər təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG