Accessibility links

ABŞ ordusunun Əfqanıstandan çıxarılma prosesi sürətlənir


Ordunun bildirdiyinə görə, ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılma prosesi sürətlənir. ABŞ qüvvələrinin və texnikanın demək olar ki, yarısının geri göndərildiyi, hərbi texnikanın bir hissəsinin isə məhv edildiyi bildirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı hərbi qüvvələrin çıxarılmasının 30-44% arasında tamamlandığını və 6 obyektin artıq Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verildiyini, yaxın günlərdə və həftələrdə daha çox bazanın təhvil veriləcəyini bəyan edib.

CENTCOM-un bəyanatında "Gələcəkdə ölkələrində sabitlik yaratmaq və ölkələrini qorumaq üçün ANDSF / GIRoA-ya (Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri) əlavə hərbi bazalar verilməsini gözləyirik" deyilib.

Son məlumatlara əsasən ABŞ Əfqanıstandan “təxminən 300 ədəd C-17 h'rbi karqo uçağı ilə dolu material" çıxarıb. Məlumada həmçinin 13,000 ədəd avadanlığın məhv edildiyi bildirilib.

Keçən həftə CENTCOM artıq ordunun 25% -ə qədərinin çıxarıldığını bildirmişdi. Vaşinqtonda qanunvericilər qarşısında ifadə verən müdafiə naziri Lloyd Ostin hərbi qüvvələrin Əfqanıstandan şıxarılma sürətinin planlaşdırıldığından "bir az yüksək" olduğunu deyib.

Agence-France Presse xəbər agentliyinin çərşənbə axşamı Əfqanıstan və ABŞ rəsmilərinə istinadən bildirdiyinə görə, ABŞ yaxın 20 gündə Baqram hava bazasını Əfqanıstan hökumətinə təhvil verəcək.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə axşamı müxbirlərlə görüşü zamanı tarix barədə məlumat verməsə də, "Aydındır ki, Baqram təhvil veriləcək" deyib.

Baqram Əfqanıstanda hava əməliyyatlarının həyata keçirildiyi əsas baza idi.

Şərhlərə bax

XS
SM
MD
LG