Accessibility links

Əfqan qaçqınların ABŞ-a gətirilməsində fasiləyə səbəb qızılcanın yayılması olub


Əfqanıstan qaçqınların ABŞ-a gəlməsi tezliklə bərpa ediləcək. Rəsmilər təxliyəyə üç həftə fasilə verilməsinə səbəbin qaçqınlar arasında qızılca yayılması və bu epidemiyaya qarşı peyvənd kampaniyası aparılmalı olduğunu bildirib.

Daxili Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, müvəqqəti olaraq Amerikanın hərbi bazalarındakı təxminən 49000, eləcə də Avropa və Yaxın Şərqdəki tranzit məntəqələrində saxlanan minlərlə qaçqına peyvənd vurulub.

24 nəfərdə aşkar edilən qızılca epidemiyası ABŞ-a edilən ən böyük təxliyə səylərini dayandırıb. Bu tarixi əməliyyat "Operation Allies Welcome" (Müttəfiqlər Xoş Gəldiniz Əməliyyatı) adlanır. Xarici tranzit məntəqələrində də təxminən 15000 qaçqın qapalı qalıb.

"Bu peyvənd kampaniyasının müvəffəqiyyəti Əfqanıstandan köçənlərin, bu missiyaya yardım edənlərin və Amerika xalqının sağlamlığı və rifahının dəyərini nümayiş etdirir" - deyə,Dr. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş həkimi Priteş Qandi peyvənd kampaniyasının başa çatdığını elan edərkən bildirib.

Əfqanıstandan gələnlərin hamısı COVID-19 testindən keçirilir. Rəsmilər ABŞ-dakı qaçqınların təxminən 84%-nə və xaricdəki tranzit nöqtələrində saxlananlara artıq koronavirusa qarşı peyvənd vurulduğunu bildirib.

Avqust ayında Kabilin Taliban nəzarətinə keçməsindən sonra baş verən xaotik günlərdə ABŞ Əfqanıstandan təxminən 120000 insan təxliyə etdi. Onlar ABŞ vətəndaşları,daimi yaşayış üçün ailələri ilə birlikdə qanuni viza və ya və qaçqın statusu üçün müraciət edən əfqanlar idi.

Daxili Təhlükəsizlik Nazirliyinin katibi Alehandro Mayorkas keçən həftə Konqres qarşısında ifadə verərkən təxminən 7%-i Amerika vətəndaşı, 6%-i daimi sakin olmaqla, ABŞ-ın 60000 nəfəri Əfqanıstandan çıxardığını deyib. Onun sözlərinə görə, müharibə zamanı tərcüməçi və ya amerikalılarla birlikdə başqa vəzifələrdə işləyənlərin təxminən 3%-nə ailələri ilə birlikdə ABŞ-da yaşamaq üçün xüsusi immiqrasiya vizası verilib.

Qalanları isə xüsusi miqrant vizaları prosesdə olan, eləcə də Taliban hakimiyyəti altında və ya başqa səbəblərdən statusu almaq üçün müraciət edən hüquq müdafiəçiləri və jurnalistlər kimi həssas sayılan insanlardır ki, onların hamısı ABŞ-a gəlməzdən əvvəl təhlükəsizlik yoxlamasından keçir.

Daxili Təhlükəsizlik Nazirliyi ABŞ üçün bir şəkildə çalışan və ya çalışanlarla əlaqəli əfqanların azı 40%-nin xüsusi immiqrant vizası almaq hüququna malik olduğunu bildirib.

Hazırda ABŞ-ın ölkə xaricindəki 8 hərbi bazasında 53 minə yaxın əfqan saxlanır və ABŞ-a gəlməzdən əvvəl onlara tibbi xidmət və digər yardımlar göstərilir.

ABŞ rəhbəri Şimal Komandanlığının rəhbəri, general Qlen Van Herk cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında ABŞ-da təxminən 4000 əfqanın olduğunu, onların bazalarda tibbi müayinədən keçdiklərini, qızılca və suçiçəyi və məxmərək kimi xəstəliklərə qarşı peyvəndi alındıqdan sonra tələb olunan 21 günlük karantini tamamladıqlarını və yaxın günlərdə yeni evlərinə köçəcəklərini bildirib.

XS
SM
MD
LG